• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Rusiya zərərçəkən şəxslərə təzminat ödəməlidir - Prezident

Rusiya zərərçəkən şəxslərə təzminat ödəməlidir - Prezident
29.12.2024 15:41
Rusiya zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bunu dövlət kanalına müsahibəsində Prezident İlham Əliyev deyib. 
 
 
Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik. Dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldı.  Rusiya tərəfi zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, nədən ibarətdir? Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır. Bax, budur. Yenə də deyirəm, Azərbaycan ictimaiyyəti məsələnin bütün tərəfləri barədə məlumatlandırılacaq və məlumatlandırılır. Dediyim şərtlər də, bunlar təbii olaraq ictimaiyyətə sizin vasitənizlə çatdırılır və yenə də deyirəm, mən ümid edirəm ki, bizim şərtlərimiz qəbul ediləcək”, - o bildirib. 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Rus Evi” adından yayılmış xəbərlərlə bağlı Rusiyadan açıqlama
Cəmiyyət 21:55
“Rus Evi” adından yayılmış xəbərlərlə bağlı Rusiyadan açıqlama
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
Cəmiyyət 19:14
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
Hikmət Hacıyev Şuşadan paylaşım edib -Video
Cəmiyyət 18:40
Hikmət Hacıyev Şuşadan paylaşım edib -Video
DİN kibercinayətkarlıqla bağlı 4 nəfəri saxlayıb - VİDEO
Cəmiyyət 18:02
DİN kibercinayətkarlıqla bağlı 4 nəfəri saxlayıb - VİDEO
Taksi sürücüləri imtahan verəcək
Cəmiyyət 17:53
Taksi sürücüləri imtahan verəcək
Google əməkdaşı məktəblilərimizə master klass keçdi
Cəmiyyət 15:55
Google əməkdaşı məktəblilərimizə master klass keçdi
Bakıdakı "Rus evi" fəaliyyətini dayandırmağa hazırlaşdığını təsdiqləyib
Cəmiyyət 14:58
Bakıdakı "Rus evi" fəaliyyətini dayandırmağa hazırlaşdığını təsdiqləyib
Bakıda "Rus evi" sökülüb
Cəmiyyət 13:22
Bakıda "Rus evi" sökülüb
Şəmkirdə yeni məktəb istifadəyə verilib
Cəmiyyət 13:00
Şəmkirdə yeni məktəb istifadəyə verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol