• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Növbəti tədris ili üzrə xaricdə təhsil üçün universitet və proqramların siyahısı açıqlanıb

Növbəti tədris ili üzrə xaricdə təhsil üçün universitet və proqramların siyahısı açıqlanıb
29.12.2024 22:56
2025-2026-cı tədris ili üzrə "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı müəyyən edilib.Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Növbəti tədris ili üçün təsdiq olunmuş təhsil proqramlarının siyahısında 15 prioritet ixtisas sahəsi üzrə dünyanın 32 ölkəsinə aid 221 nüfuzlu ali təhsil müəssisəsində tədris olunan 4405 proqram yer alır. Bununla yanaşı, bu il namizədlər dünyanın aparıcı reytinq cədvəllərində olan və ötən il əhatə olunmayan 11 ölkənin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə edəcəklər.

Siyahıda bakalavriat səviyyəsi üzrə 1311, magistratura səviyyəsi üzrə isə 3094 proqram yer alır.

Siyahıda yer alan ali təhsil müəssisələrindən 15 prioritet ixtisas sahəsi əsas götürülməklə doktorantura proqramlarına qəbul almış şəxslər Dövlət Proqramına doktorantura səviyyəsi üzrə müraciət edə bilərlər.

Namizədlər, eyni zamanda, 2025-ci ilin "Times Higher Education” və "QS World University Rankings" reytinq cədvəllərində ilk onluqda yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan istənilən ixtisas sahələri üzrə bakalavriat, magistratura və doktorantura proqramlarından əldə etdikləri qəbul məktubları əsasında müsabiqədə iştirak edə biləcəklər.

Mədəniyyət və incəsənət sahəsi üzrə də nüfuzlu ali təhsil müəssisələri tərəfindən təqdim olunan bakalavriat və magistratura proqramları üzrə namizədlərin müraciətləri qəbul ediləcək.

Ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq Dövlət Proqramına qəbul üzrə kvota sayı 500 nəfər müəyyən olunub ki, 2025-ci ildən başlayaraq kvotanın 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini və 20 faizindən çox olmayan hissəsi doktorantura səviyyəsini əhatə edəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Rus Evi” adından yayılmış xəbərlərlə bağlı Rusiyadan açıqlama
Cəmiyyət 21:55
“Rus Evi” adından yayılmış xəbərlərlə bağlı Rusiyadan açıqlama
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
Cəmiyyət 19:14
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
Hikmət Hacıyev Şuşadan paylaşım edib -Video
Cəmiyyət 18:40
Hikmət Hacıyev Şuşadan paylaşım edib -Video
DİN kibercinayətkarlıqla bağlı 4 nəfəri saxlayıb - VİDEO
Cəmiyyət 18:02
DİN kibercinayətkarlıqla bağlı 4 nəfəri saxlayıb - VİDEO
Taksi sürücüləri imtahan verəcək
Cəmiyyət 17:53
Taksi sürücüləri imtahan verəcək
Google əməkdaşı məktəblilərimizə master klass keçdi
Cəmiyyət 15:55
Google əməkdaşı məktəblilərimizə master klass keçdi
Bakıdakı "Rus evi" fəaliyyətini dayandırmağa hazırlaşdığını təsdiqləyib
Cəmiyyət 14:58
Bakıdakı "Rus evi" fəaliyyətini dayandırmağa hazırlaşdığını təsdiqləyib
Bakıda "Rus evi" sökülüb
Cəmiyyət 13:22
Bakıda "Rus evi" sökülüb
Şəmkirdə yeni məktəb istifadəyə verilib
Cəmiyyət 13:00
Şəmkirdə yeni məktəb istifadəyə verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol