7 yaşlı uşaq pirotexniki vasitənin partlaması nəticəsində xəsarət alıb
![7 yaşlı uşaq pirotexniki vasitənin partlaması nəticəsində xəsarət alıb 7 yaşlı uşaq pirotexniki vasitənin partlaması nəticəsində xəsarət alıb](https://anews.az/photo/850x500/2024-12/1735673400_6774416408af16774416408af217356721646774416408aef6774416408af0.jpg)
Cəlilabadda bədbəxt hadisə baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun Göytəpə qəsəbəsində qeydə alınıb.
Bayram atəşfəşanlığı keçirilən məhəllədə kustar üsulla hazırlanan pirotexniki vasitənin partlaması nəticəsində 7 yaşlı Ş.A müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Azyaşlı dərhal rayon mərkəzi xəstəxanasına çatdırılıb və ona üzün və tənəffüs yollarının 2-3-cü dərəcəli yanığı diaqnozu qoyulub.
İlkin tibbi yardımdan sonra uşaq Bakıda yerləşən Yanıq Mərkəzinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)