Qəzada xəsarət alanlar təyyarənin vurulmasında əmindir - ARAŞDIRMA
![Qəzada xəsarət alanlar təyyarənin vurulmasında əmindir - ARAŞDIRMA Qəzada xəsarət alanlar təyyarənin vurulmasında əmindir - ARAŞDIRMA](https://anews.az/photo/850x500/2025-01/1735914806_676bbdc186a67676bbdc186a6817351141773c7e7bedc2811b9287539345d4de1daa-768x403.jpg)
Qazaxıstanda Aktau yaxınlığında baş verən təyyarə qəzası nəticəsində xəsarət alan şəxslərdən səkkizi (3 kişi, 5 qadın) müalicə almaq üçün "Yeni Klinika"da yerləşdirilib. Bu barədə TƏBİB məlumat verib.
Xəstələrin hər biri ixtisaslı həkim mütəxəssislər (ortoped-travmatoloq, neyrocərrah, reanimatoloq, torakal-cərrah, infeksionist) tərəfindən zəruri instrumental-diaqnostik müayinə olunub və həkim müşahidəsindədirlər.
Dekabrın 30-da Yeni Klinikaya hospitalizasiya olunan pasiyentlərdən 1 nəfərin vəziyyəti orta ağır stabildir. Travmatik koma vəziyyətində gətirilən xəstələrdən 2-nin vəziyyəti isə kritik ağır sabit qiymətləndirilir. Hazırda tənəffüs dəstəyi ilə təmin olunublar. Kəllə-beyin travması, müxtəlif dərəcəli sınıqlar, döş qəfəsinin küt travması və pnevmo-hemotoraks diaqnozu ilə hər iki xəstənin protokola uyğun olaraq müalicələri Reanimasiya şöbəsində davam etdirilir.
Daha öncə hospitalizasiya olunan 14 nəfərdən 5-nin "Yeni Klinika"da stasionar müalicəsi davam etdirilir. Onların vəziyyətləri qənaətbəxşdir.
Sərnişinlər təyyarənin vurulduğunu deyir
Qəzadan sağ çıxan sərnişinlərinin sözlərinə görə, havada ən azı iki partlayış baş verdikdən sonra bəzi sərnişinlər dərhal hücuma məruz qaldıqlarını anlayıb.
"İkinci partlayışdan sonra bir qız qışqırmağa başladı. Mən sağda o, sol sırada pəncərə tərəfdə oturmuşdu və keçiddəki qıza baxanda onun corablarının qırmızə rəngə bulandığını gördüm. Dərhal anladım ki, bu qandır", - 28 yaşlı Leyla Ömərova bildirib.
O, Qroznıya qohumlarının yanına gedirmiş. Məqsədi orada durumla tanış olmaq və şirniyyat sexlərindən birində işə düzəlmək olub.
"Mən birinci dəfə idi ki, təyyarəyə minirdim. Göydə uşmağa qorxurdum deyə heç vaxt minməmişdim. Amma quru yollar bağlı olduğundan məcbur idim. Birinci zərbədən sonra təyyarədə hamı başladı deməyə ki, bizi vurdular. Mən çox qorxdum. Bayıldım . Artıq öləcəyimə əmin idim", - Ömərova bildirib.
Ondan 3 sıra arxada oturan 71 yaşlı Nurullah Siracov hadisə baş verən zaman həyat yoldaşını sakitləşdirməyə çalışdığını deyir.
"İlk partlayış, yəqin ki, eniş təkərlərinin açılması zamanı baş verdi. Mən solda pəncərə tərəfdə oturmuşdum . Biz artıq yeri görürdük. Ağaclar, binaların damları, Qroznı aeroportu aydın görünürdü. Birdən bərk zərbə dəydi və təyyarə enmək əvəzinə yuxarı qalxmağaa başladı. Yanımda həyat yoldaşım oturmuşdu. O, yaman qorxurdu. Mən onu sakitləşdirməyə çalışırdım. Özümü heç düşünmürdüm", – Siracov baş verənləri xatırlayır.
Onun sözlərinə görə, sonra ikinci partlayış baş verib, təyyarənin arxa tərəfindən şiddətli külək axını gəlməyə başlayıb və digər sərnişinlər "bizi vurdular!”, deyə qışqırmağa başlayıblar.
"Təyyarə göydə gah yuxarı, gah da aşağı uçurdu. Xəzərin səthindən cəmi 30 metr məsafədə idik. Biz arvadımla həmişə mübahisə edirdik ki, kim birinci öləcək. O an ürəyimdə dedim "arvad deyəsən birlikdə öləcəyik", - Siracov vurğuladı.
Onun sözlərinə görə, təyyarənin ön hissəsi yerə çırpılaraq dağılarkən, quyruq hissəsi gövdədən ayrılıb və təyyarə çevrilib. Daha sonra hava gəmisi yüzlərlə metr qumun üzərində sürüşərək irəliləyib və dayanıb.
"Sağ qalan var?” – deyə Sirajov, kəmərindən çevrilmiş halda asılı vəziyyətdə olarkən qəfil səssizlikdə qışqırdığını xatırlayır.
"Mənə heç kim hay vermədi. bir o gördüm ki qapını açdılar və kimsə arxadan "irəli get" dedi. Mən Təyyarədən çıxanda sağ qaldığıma hələ inanmırdım. Getmək istəmirdim. Çünki arvadım orada qalmışdı. Ayağımı yerə qoyan kimi biri qarşıma gəlib məni telefonuna çəkməyə başladı. Bir az ona hirsləndim. Daha sonra bəlli oldu ki, məni Qroznıda gözləyən oğlum teleqramda mənim bu şəklimi görüb və sağ qaldığımı bilib", - Siracov xatırlayır.
Diqqət çəkən məqamlardan biri odur ki, sərnişinlər Qroznıya yaxınlaşarkən yei aydın gördüklərini deyir. Amma dispetçerlər Azərbaycan təyyarəsini havanın dumanlı olması səbəbindən oturmasına icazə vermədiklərini vurğulayırlar.
Təyyarə niyə qəzaya uğrayıb?
Təyyarənin qəzaya uğraması ilə bağlı ilk səbəbləri Rusiya tərəfi gətirib. Onların versiyasına görə, təyyarə quş axını ilə üzləşib. Onlar bu versiyanı pilotun dispetçerlə söhbətinə əsasən bildiriblər. Belə ki, təyyarənin quyruğunun zədələndiyini hiss edən kapitan "deyəsən təyyarə quşlarla toqquşdu " cümləsini işlədib.
Azərbaycan Hava Yolları (AZAL) şirkətinin təhlükəsizlik direktoru Rinat Hüseynovun sözlərinə görə, pilotun elə deməsi təbii idi.
"Onn ağlına başqa fikir gələ də bilməzdi. kim bilə bilərdi ki, təyyarəni vurublar. Odur ki, pilot ilk olaraq belə versiya səsləndirib. Təyyarəni horizontal saxlayan bütün avadanlıqlar quyruq hissədə yerləşir. Quyruq hissə hava zərbəsinə məruz qaldığından bütün avadanlıqlar sıradan çıxıb. Nəticədə təyyarə ancaq mühərrik hesabına havada hərəkət edib", - Hüseynov deyib.
Təyyarə Aktauda sərt eniş etdikdən sonra Qazaxıstana yollanan nümayəndə heyətinin tərkibində olan Hüseynov təyyarənin göyərtəsində olan deşikləri görəndə hözlərinə inanmadığını bildirib.
"Ağlıma gəlməzdi ki, təyyarəmiz hava hücumundan müdafiə qüvvələrinin zərbəsinə məruz qala bilər. Təyyarə deşik deşik idi. Onun üzərində 50-dən çox deşik var idi. Gördüklərimdən dəhşətə gəldim. Əvvəllər deə "kover" əməliyyatı elan olunurdu və mülki aviasiya obyektlərini geri çağırırdılar. Bu dəfə belə komanda almadıq. Bu kiminsə bir səhlankarlığı idi. Bütün detallar "qara qutu"da var. Hamısı bilinəcək", - Hüseynov əlavə edib.
Təyyarə qəzası geosiyasi hadisəyə çevrilib
Avropa Rusiyaın Ukraynaya müdaxiləsindən sonra hava məkanını bu ölkəyə bağlaması səbəbindən, qərbə uçan bir çox rusiyalı indi keçid nöqtəsi kimi Azərbaycandan istifadə edir.
Rusiya ilə əməkdaşlığı saxlayan Azərbaycan eyni zamanda Avropa ilə münasibətlərini qoruyur. Avropa Azərbaycanı Rusiyaya alternativ əsas neft və qaz ixracatçısı kimi görür.
2024-cü il dekabrın 25-də Embraer 190 təyyarəsinin 67 sərnişinlə qəzaya uğraması keçmiş Sovet İttifaqı üçün mühüm geosiyasi hadisəyə çevrilib.
Azərbaycan parlamentinin xarici əlaqələr komitəsinin üzvü Rasim Musabəyov Rusiyanın qəza ilə bağlı reaksiyasını "absurd mövqe” adlandırıb.
"Azərbaycan ona qarşı belə bir şovinist yanaşmanı qəbul etməyəcək,”deyən Musabəyov bildirib ki, "Rusiya çox zəhərli bir tərəfdaşdır və onunla əlaqələri minimuma endirmək lazımdır”.
"Əgər siz Azərbaycanla bu hadisədə belə davranırsınızsa, onda özbəklər, qazaxlar və Rusiyanın qalan tərəfdaşları sizin haqqınızda nə düşünəcək?” – Rasim Musabəyov əlavə edib.
Rusiyanın günahını etiraf etməməsi səbəbindən iki ölkə arasında münasibətlərdə ciddi gərginlik yaşanıb. Etibarlı mənbələrdən daxil olan məlumata görə Rusiya prezidenti Azərbaycan dövlət başçısını dekabrın 28-də olan telefon söhbəti zamanı məsələnin Rusiya aviasiya qurumu tərəfindən araşdırılmasına razı salmağa çalışıb.
Lakin İlham Əliyev bundan imtina edərək, təyyarənin "qara qutu”sunun Braziliyada – təyyarənin istehsal olunduğu ölkədə – açılmasını tələb edib. Bu, onun Rusiya liderinə qarşı açıq etimadsızlığını göstərən və diqqətçəkən addımı idi.
Təyyarə qəzası ətrafında yaranan qalmaqal bir test halına çevrildi. Adının açıqlanmasını istəməyən yüksək səviyyəli bir amerikalı diplomat qəzanın nəticələrini "Azərbaycanın öz mövqeyini qorumaq bacarığının sübutu" kimi qiymətləndirib.
Rusiyaya de-marş oxumaqla Azərbaycan təkcə Qərbə deyil, lazım olarsa Rusiyaya qarşı da addım atmağa hazır olduğunu göstərmək isyəyib.
![](https://anews.az/file/articles/2025-01/1737446236_471481200_1018688970300074_8886899917306420843_n-1.jpg)
İstiqamət: 6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi;
Qeyd:Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)