• $
  • €
  • ₽
  • ₺
  • £

Məleykə Abbaszadə: "493 imtahan nəzarətçisi xaric edilib”

Məleykə Abbaszadə: "493 imtahan nəzarətçisi xaric edilib”
24.01.2014 12:24
 “Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nəzarətçilər bazasına ümumilikdə 15 minə yaxın nəzarətçi-müəllim daxildir. 2013-cü ildə keçirilmiş 9 illik ümumi və 11 illik tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında müvafiq olaraq 10 126 nəfər və 7 726 nəfər nəzarətçi-müəllim cəlb olunub”.APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə qəbul imtahanlarında fəaliyyəti yüksək qiymətləndirilmiş nəzarətçi-müəllimlərin mükafatlandırılması mərasimində deyib. O bildirib ki, ötən il keçirilmiş qəbul imtahanlarına  6105 müəllim cəlb olunub. M. Abbaszadənin sözlərinə görə, onların fəaliyyətinə dair araşdırmanın nəticələrinə əsasən, nümunəvi fəaliyyətinə görə, 574 nəzarətçi-müəllimə təşəkkür elan edilib, o cümlədən 26 nəfəri fəxri fərmanla təltif edilib: “Köçürməyə və digər qayda pozuntularına yol verən 493 nəzarətçi bazadan xaric edilib. İndiyə kimi TQDK tərəfindən keçirilən imtahanlarda nümunəvi fəaliyyətinə fərqlənən 1 571 nəzarətçiyə təşəkkür elan edilib, o cümlədən 222 müəllim fəxri fərmanla təltif edilib”. TQDK sədri qeyd edib ki, 2013-2014-cü tədris ili üzrə qəbul imtahanlarında 620 mindən çox insan imtahandan keçirilib. Onun sözlərinə görə, bunu idarə etmək üçün yalnız 100 nəfər TQDK-nın mərkəzi aparatı və 26 nəfər regional bölmənin işçiləri bu işin öhdəsindən gələ bilməzdilər: “Bu kütləvi prosesi həyata keçirmək üçün müəyyən idarəetmə üsulu qurulub. İmtahan prosesini yalnız TQDK deyil, ictimaiyyət idarə etdir. Ölkədə tətbiq edilən dövlət ictimai idarəetmə üsulu vasitəsilə imtahanı idarə edən, normal əhval-ruhiyyə yaradan, abituriyentə diqqətlə yanaşanlar əsasən nəzarətçi müəllimlərdir”.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol