• $ 1.7
  • € 1.8519
  • ₽ 1.9517
  • ₺ 0.0465
  • £ 2.2035

Ermənistanın dağ-mədən fəaliyyətini ifşa edən rəqəmsal xəritə hazırlanır

Ermənistanın dağ-mədən fəaliyyətini ifşa edən rəqəmsal xəritə hazırlanır
16.01.2025 19:57
Ermənistanın Cənubi Qafqazın ekologiyasını zəhərləyən dağ-mədən sənayesi fəaliyyəti əleyhinə mübarizəyə qalxan QHT-ləri birləşdirən "Environmental Protection First” Koalisiyası 2024-cü ildə azərbaycan, ingilis və erməni dillərində tərtib etdiyi "Ermənistan Respublikasının mineral xammal resursları” adlı xəritənin bazasında yeni rəqəmsal xəritə işləyir.

Bu barədə Koalisiyaya üzv "Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov açıqlama verib.

O, bildirib ki, rəqəmsal xəritədə faydalı qazıntıların növləri, yerləşdiyi ərazi, əsas çirkləndiricilər olan mineral-xammal müəssisələri, onun istismarını aparan şirkətlər, əsas çirkləndiricilər, ətraf mühitə təsir haqqında məlumat, müəssisələrin yerləşmə yerləri, kosmik şəkillər öz əksini tapacaq:

"Xəritə "WGS-84” koordinat sistemində, altlığı isə kosmik və topoqrafik görüntülü olacaq. Yaxın vaxtlarda ictimaiyyətə təqdim edəcəyik”.

Müqabil Bayramov Ermənistandan törətdiyi ekoloji cinayətlərə görə cavab istəyib:
"Koalisiya üzvlərimiz fəal işləyir, bir gün də olsun, dayanmamışıq. Biz Ermənistan ictimaiyyətindən gizlədilən həqiqətləri də açmışıq. Daxil olan siqnallar göstərir ki, Ermənistanda ötən il internetə yerləşdirdiyimiz erməni dilində "Ermənistan Respublikasının mineral xammal resursları” adlı xəritə hər yerdən yığışdırılır. Baş verən ekoloji cinayətləri dayandırmaq, faktlara cavab vermək əvəzinə, Ermənistan hakimiyyəti faktları ört-basdır etməyə çalışır, daxildə etiraz edənlərə dərhal "satqın”, "Azərbaycana işləyənlər” damğası vurur. Ermənistanın ixtiyarı yoxdur ki, bütün bölgəni heç bir ekoloji norma və standartlar gözlənilmədən zəhərləsin”.

"Environmental Protection First” Koalisiyası Ermənistanda dağ-mədən müəssisələrində beynəlxalq qurumlarla birgə ekoloji monitorinqlər keçirməyə şərait yaradılmasını tələb edir. 2023-cü ildən bu barədə dəfələrlə Ermənistanın Baş naziri Nikol Paşinyana müraciətlər edilsə də, o, Azərbaycan vətəndaş cəmiyyətinin tələblərinə hələ də cavab verməkdən yayınır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
DİN növbəti dəfə vətəndaşlara müraciət edib - Video
Cəmiyyət 19:24
DİN növbəti dəfə vətəndaşlara müraciət edib - Video
Azercell “Azərbaycan Biznes Keys Müsabiqəsi 2025”ə dəstək verir
Cəmiyyət 18:59
Azercell “Azərbaycan Biznes Keys Müsabiqəsi 2025”ə dəstək verir
Novruz səyahətində "Nar" rouminqi ilə sevdiklərinə yaxın ol!
Cəmiyyət 18:37
Novruz səyahətində "Nar" rouminqi ilə sevdiklərinə yaxın ol!
Arayik Harutunyan Gəncənin bombalanması barədə məlumatı Ermənistan ordusu baş qərargah rəisindən aldığını bildirib
Cəmiyyət 18:01
Arayik Harutunyan Gəncənin bombalanması barədə məlumatı Ermənistan ordusu baş qərargah rəisindən aldığını bildirib
Növbəti beş ildə Qarabağ Universitetində 7 min tələbə təhsil alacaq- Anar Quliyev
Cəmiyyət 16:43
Növbəti beş ildə Qarabağ Universitetində 7 min tələbə təhsil alacaq- Anar Quliyev
Baş nazir deputatların təkliflərinə cavab verib
Siyasət 16:20
Baş nazir deputatların təkliflərinə cavab verib
Magistraturaya qəbulun yekun nəticələri elan olunub
Cəmiyyət 15:52
Magistraturaya qəbulun yekun nəticələri elan olunub
İstirahət günlərində Milli parklarda gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 14:28
İstirahət günlərində Milli parklarda gözlənilən hava şəraiti açıqlanıb

Bakının Həsən Əliyev küçəsindəki dairədə maşınla hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 14:21
Bakının Həsən Əliyev küçəsindəki dairədə maşınla hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol