• $
  • €
  • ₽
  • ₺
  • £

Baş epidemioloq: “İnsanları narahat edəcək vəziyyət yoxdur”

Baş epidemioloq: “İnsanları narahat edəcək vəziyyət yoxdur”
22.01.2014 12:37

“Hazırda Azərbaycanda qriplə bağlı vəziyyət tam sabitdir  və epidemioloji baxımından insanları narahat edəcək vəziyyət yoxdur”.

Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev APA-ya açıqlamasında deyib ki, əgər bu gün ölkədə 10, 100, 1000, 10 000  nəfərin qriplə xəstələnməsi 10 milyona yaxın əhali üçün adi bir haldır. Onun sözlərinə görə, bu günə kimi ölkədə qrip pandemiya və ya böyük bir epidemiya şəklində olmayıb: “İnsanlar qripə yoluxur və müəyyən müddətdən sonra sağalırlar. Qripdən ölüm halı da qeydə alınmayıb. Dünyanın hər bir yerində qrip var, olub və yenə də olacaq. İnsanlar qripdən özləri qorunmalıdırlar. Dünyanın heç bir ölkəsində Səhiyyə Nazirliyi qripə qarşı xüsusi tədbirlər həyata keçirmir. Yalnız qrip kütləvi epidemiya, pandemiya halı alarsa, onda ölkədə qərar verilərək buna qarşı mübarizə aparılır və müvafiq olaraq vaksinasiya tədbirlər görülür”. Baş epidemioloq qeyd edib ki, hər bir insan qripdən özünü qorumalı, soyuq havalarda geyimlərinə fikir verməlidirlər: “Bəzi insanlar ailədə, ümumi nəqliyyatda, ictimai yerlərdə qripin olduğunu bilərək xəstə insanlarla öpüşüb-görüşürlər. Ailədə də qripin daha da yayılmasına şərait yaradırlar. Qriplə bağlı epidemioloji vəziyyət yaransa, əhalidən qabaq Səhiyyə Nazirliyi və biz onunla mübarizəyə qalxacağıq. Əgər ölkədə hər hansı bir yoluxucu xəstəlik baş verərsə, Səhiyyə Nazirliyinin bütün tibb idarələri bunun qarşısını almağa hazırdır. Amma hazırda qriplə bağlı heç bir təhlükə yoxdur və insanlar narahat olmasınlar”.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol