• $ 1.7
  • € 1.9762
  • ₽ 0.021788
  • ₺ 0.0423
  • £ 2.2772

Daha bir məktəbli xəsarət alıb - Məktəbdə insident

Daha bir məktəbli xəsarət alıb - Məktəbdə insident
07.02.2025 14:12
Bu gün Kürdəmir şəhər 6 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi digər məktəbliyə xəsarət yetirib. Bu barədə Qafqazinfo məlumat verib. 

Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.
 
"Fevralın 7-si Kürdəmir şəhər 6 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi həmin məktəbin 11-ci sinif şagirdinə xəsarət yetirib. Xəsarət almış şagird tibb müəssisəsinə aparılıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”, - məlumatda deyilir. 

Məlumatda şagirdlərin fiziki və psixoloji durumunun diqqətdə saxlanıldığı vurğulanıb.

Məsələ ilə bağlı TƏBİB-dən qeyd edilib ki, bu gün saat 11:45 radələrində xəsarət alması səbəbilə 2008-ci il təvəllüdlü (kişi cinsli) təcili tibbi yardım avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospiltazasiya olunub.
 
"Ona döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu təyin edilib. Xəsarət alan şəxs dərhal əməliyyata alınıb. Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir”, - açıqlamada deyilir. 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
FHN əhaliyə müraciət edib
Cəmiyyət 10:29
FHN əhaliyə müraciət edib
Pirşağıda dənizdə bir nəfər batıb
Cəmiyyət 09:19
Pirşağıda dənizdə bir nəfər batıb
Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət edib
Cəmiyyət 21:40
Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət edib
Saatlıda çayda boğulan yeniyetmənin meyiti tapılıb
Cəmiyyət 20:59
Saatlıda çayda boğulan yeniyetmənin meyiti tapılıb
“Naxçıvan” hoteli sökülür
Cəmiyyət 20:01
“Naxçıvan” hoteli sökülür
Nəsimi rayonunda oğurluq edən şəxslər saxlanılıb
Cəmiyyət 19:25
Nəsimi rayonunda oğurluq edən şəxslər saxlanılıb
Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib
Cəmiyyət 17:35
Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib
İyulun 23-dək Azərbaycanda 41 dərəcə isti olacaq
Cəmiyyət 17:06
İyulun 23-dək Azərbaycanda 41 dərəcə isti olacaq
Bakı Təhsil İdarəsinin rəhbəri Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirib
Cəmiyyət 16:59
Bakı Təhsil İdarəsinin rəhbəri Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol