• $ 1.7
  • € 1.7647
  • ₽ 1.7571
  • ₺ 0.0472
  • £ 2.1127

Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb
10.02.2025 12:30
2024-cü ilin fevralın 3-dən 9-nadək  azad olunan ərazilərdə 16 tank əleyhinə mina, 78 piyada əleyhinə mina, 294 partlamamış hərbi sursat (PHS) aşkarlanıb. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 787 hektar ərazi minalardan təmizlənib.

Son 4 ildə işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 175 017 mina zərərsizləşdirilib. Ümumilikdə 34 996 ədədi piyada əlehinə mina, 21 022 ədədi tank əlehinə mina, 118 999 ədədi partlamamış hərbi sursat olmaqla ümumilikdə 175 017 mina zərərsizləşdirilib. Müharibədən sonrakı dövrdə 176 237 hektar ərazi minadan təmizlənib. 
 
Dünyada mina qurbanlarının 84%-i mülki şəxslərdir. Onların da 37%-ni uşaqlar təşkil edir. Ümumilikdə isə mina qurbanlarının 81%-ni kişilər və oğlan uşaqları təşkil edir. 
 
Azərbaycanda da mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur. Onların 359 nəfərini uşaqlar təşkil edir. 38 nəfəri qadınlardır. 
 
Təkcə İkinci Qarabağ Müharibəsindən sonra mina qurbanlarının sayı 382 nəfər təşkil edib. Onların 55 nəfəri həlak olub. Minaya düşənlərin 143 nəfəri isə mülki şəxslərdir. 
 
Azərbaycan ərazilərinin minalanmasına görə Avropada üçüncü, dünyada isə onuncu yerdə qərarlaşıb. 
 
Hazırda Qarabağda minaların təmizlənməsi prosesini ANAMA, Müdafiə Nazirliyi, Fövqəlada Hallar Nazirliyi, Dövlət Sərhəd Xidmətinin müvafiq bölmələri və yerli minatəmizləmə şirkətləri birgə həyata keçirir. 
 
Aytac

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hərbi hissələrdə görüşlərə müvəqqəti qadağa qoyulur
Cəmiyyət 11:13
Hərbi hissələrdə görüşlərə müvəqqəti qadağa qoyulur
Bakı, Sumqayıt və Abşeronda pensiyalar tam ödənib
Cəmiyyət 10:52
Bakı, Sumqayıt və Abşeronda pensiyalar tam ödənib
Üç il əvvəl itkin düşən turistin qalıqları tapılıb
Cəmiyyət 09:58
Üç il əvvəl itkin düşən turistin qalıqları tapılıb
Dövlətə xəyanətdə ittiham olunan şəxs Azərbaycana gətirilib
Cəmiyyət 09:17
Dövlətə xəyanətdə ittiham olunan şəxs Azərbaycana gətirilib
Bəzi yollarda tıxac var
Cəmiyyət 08:42
Bəzi yollarda tıxac var
Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib
Cəmiyyət 21:05
Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib
Şamаxıda qadın dəm qazından zəhərlənərək ölüb
Cəmiyyət 19:47
Şamаxıda qadın dəm qazından zəhərlənərək ölüb
Ağcabədidə iki avtomobil toqquşub,xəsarət alanlar var
Cəmiyyət 19:00
Ağcabədidə iki avtomobil toqquşub,xəsarət alanlar var
Gəncədə qanunsuz tikintinin qarşısı alınıb
Cəmiyyət 18:43
Gəncədə qanunsuz tikintinin qarşısı alınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol