Beyləqanda saxlanılan 5 nəfərdən 9 kiloqram narkotik aşkarlanıb
![Beyləqanda saxlanılan 5 nəfərdən 9 kiloqram narkotik aşkarlanıb Beyləqanda saxlanılan 5 nəfərdən 9 kiloqram narkotik aşkarlanıb](https://anews.az/photo/850x500/2025/02/12/1739344270_91e5d688-244d-3118-9b21-e2a31d1f4bb4_850.jpg)
Beyləqanda saxlanılan beş nəfərdən 9 kiloqram narkotik aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi tədbir nəticəsində əvvəllər məhkum olunmuş Faiq Qasımovu saxlayıb, ondan 8 kiloqram marixuana aşkarlanıb.
Bundan başqa, keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 4 nəfər - Şirzad Alışov, Şirxan Quliyev, Aqil Mirzəyev və Ceyhun Cəfərov saxlanılıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)