Rövşən Rüstəmovdan yeni təyinatlar

"Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinatlar həyata keçirilib. Bu barədə ADY-nin sədri Rövşən Rüstəmov müvafiq əmrlər imzalayıb.
Belə ki, Hüquq departamentinin müdiri Nicat Quliyev ADY sədrinin müşaviri təyin olunub.
ADY-nin Hüquq departamentinin rəhbəri vəzifəsi isə bu departamentin müdir müavini Türkan Yusibovaya həvalə edilib.
Bundan başqa, ADY-də yeni yaradılmış Risklərin idarə edilməsi və daxili nəzarət departamentinin rəhbəri vəzifəsi Əsəd Məmmədova həvalə edilib.
Məmmədov 2019-cu ildən ADY-də çalışır. 2023-cü ildən Hərəkətin təhlükəsizliyi departamentinin müdir müavini vəzifəsində işləyib.