• $ 1.7
  • € 1.7768
  • ₽ 1.8579
  • ₺ 0.0468
  • £ 2.1448

Son 1 həftədə təmizlənən minalı ərazilərin həcmi açıqlanıb

Son 1 həftədə təmizlənən minalı ərazilərin həcmi açıqlanıb
17.02.2025 15:06

2025-cü ilin fevralın 10-dan 16-dək  azad olunan ərazilərdə 51 tank əleyhinə mina, 122 piyada əleyhinə mina, 306 partlamamış hərbi sursat (PHS) aşkarlanıb. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 935.6 hektar ərazi minalardan təmizlənib.

Son 4 ildə işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 175 017 mina zərərsizləşdirilib. Ümumilikdə 34 996 ədədi piyada əlehinə mina, 21 022 ədədi tank əlehinə mina, 118 999 ədədi partlamamış hərbi sursat olmaqla ümumilikdə 175 017 mina zərərsizləşdirilib. Müharibədən sonrakı dövrdə 176 237 hektar ərazi minadan təmizlənib. 
 
Dünyada mina qurbanlarının 84%-i mülki şəxslərdir. Onların da 37%-ni uşaqlar təşkil edir. Ümumilikdə isə mina qurbanlarının 81%-ni kişilər və oğlan uşaqları təşkil edir. 
 
Azərbaycanda da mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur. Onların 359 nəfərini uşaqlar təşkil edir. 38 nəfəri qadınlardır. 
 
Təkcə İkinci Qarabağ Müharibəsindən sonra mina qurbanlarının sayı 382 nəfər təşkil edib. Onların 55 nəfəri həlak olub. Minaya düşənlərin 143 nəfəri isə mülki şəxslərdir. 
 
Azərbaycan ərazilərinin minalanmasına görə Avropada üçüncü, dünyada isə onuncu yerdə qərarlaşıb. 
 
Hazırda Qarabağda minaların təmizlənməsi prosesini ANAMA, Müdafiə Nazirliyi, Fövqəlada Hallar Nazirliyi, Dövlət Sərhəd Xidmətinin müvafiq bölmələri və yerli minatəmizləmə şirkətləri birgə həyata keçirir. 
 
Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
Faktiki hava açıqlanıb
Cəmiyyət 18:38
Faktiki hava açıqlanıb
“BBC News Azərbaycanca”nın Bakıdakı ofisi bağlanır
Cəmiyyət 18:30
“BBC News Azərbaycanca”nın Bakıdakı ofisi bağlanır
Jurnalist Nurlan Libre saxlanılıb
Cəmiyyət 18:03
Jurnalist Nurlan Libre saxlanılıb
Hava 4 gün qeyri-sabit keçəcək - Xəbərdarlıq
Cəmiyyət 16:54
Hava 4 gün qeyri-sabit keçəcək - Xəbərdarlıq
Gəncədə şagirdin döyülməsi təsdiq olunmadan müəllim işdən çıxarılıb - Qanun nə deyir...
Cəmiyyət 16:48
Gəncədə şagirdin döyülməsi təsdiq olunmadan müəllim işdən çıxarılıb - Qanun nə deyir...
Baş Prokurorluqda yeni təyinatlar
Cəmiyyət 15:53
Baş Prokurorluqda yeni təyinatlar
ATV-nin yayımı müvəqqəti dayandırılır
Cəmiyyət 15:36
ATV-nin yayımı müvəqqəti dayandırılır
MEDİA kiberhücumla bağlı açıqlama yayıb
Cəmiyyət 15:22
MEDİA kiberhücumla bağlı açıqlama yayıb
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Cəmiyyət 14:02
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol