• $ 1.7
  • € 1.7768
  • ₽ 1.8579
  • ₺ 0.0468
  • £ 2.1448

“Azercell” qadınların təhsil imkanlarını genişləndirən layihəyə dəstək oldu

“Azercell” qadınların təhsil imkanlarını genişləndirən layihəyə dəstək oldu
17.02.2025 18:31

“Azercell”in “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı”nın qalibləri fəaliyyətlərini uğurla davam edir. 2024-cü ilin avqust ayında elan edilən bu sosial layihə müsabiqəsi qadınların iqtisadi müstəqilliyini dəstəkləyən təşəbbüsləri ön plana çıxararaq inklüziv cəmiyyətin qurulmasına töhfə verir.

Proqram qaliblərindən biri olan “Huma Quşu” təhsilə yardım fondu həssas qruplardan olan gənc qadınlar üçün daha geniş təhsil imkanları yaratmağı hədəfləyən təqaüd proqramını elan edir.

“Huma Quşu” proqramının əsas məqsədi qadınların təhsilə çıxışını asanlaşdırmaqla onların sosial fəallığını artırmaq, cəmiyyətdə mövqelərini gücləndirmək və rifahlarını yüksəltməkdir. 2022-ci ildən ildən etibarən fəaliyyət göstərən “Huma Quşu” təhsilə yardım fondu bugünədək 30 tələbəyə təhsil almağa dəstək olub. Yeni proqram çərçivəsində 5 namizədin təhsil xərclərinə dəstək göstərilməsi planlaşdırılır.

“Huma Quşu” təqaüd proqramına həm Azərbaycanda, həm də xaricdə bakalavr və magistratura pillələrində təhsil alan 16-35 yaş arası gənc qızlar və qadınlar müraciət edə bilərlər. Müraciət üçün tələb olunan sənədləri [email protected] ünvanına fevral ayının 20-dək göndərmək tələb olunur. Ətraflı məlumat əldə etmək üçün //humagushu.az/ səhifəsinə keçid edə bilərsiniz.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Zaqatalada ağacları kəsən vəzifəli şəxslərə cinayət işi açılıb
Cəmiyyət 18:51
Zaqatalada ağacları kəsən vəzifəli şəxslərə cinayət işi açılıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 18:38
Faktiki hava açıqlanıb
“BBC News Azərbaycanca”nın Bakıdakı ofisi bağlanır
Cəmiyyət 18:30
“BBC News Azərbaycanca”nın Bakıdakı ofisi bağlanır
Jurnalist Nurlan Libre saxlanılıb
Cəmiyyət 18:03
Jurnalist Nurlan Libre saxlanılıb
Hava 4 gün qeyri-sabit keçəcək - Xəbərdarlıq
Cəmiyyət 16:54
Hava 4 gün qeyri-sabit keçəcək - Xəbərdarlıq
Gəncədə şagirdin döyülməsi təsdiq olunmadan müəllim işdən çıxarılıb - Qanun nə deyir...
Cəmiyyət 16:48
Gəncədə şagirdin döyülməsi təsdiq olunmadan müəllim işdən çıxarılıb - Qanun nə deyir...
Baş Prokurorluqda yeni təyinatlar
Cəmiyyət 15:53
Baş Prokurorluqda yeni təyinatlar
ATV-nin yayımı müvəqqəti dayandırılır
Cəmiyyət 15:36
ATV-nin yayımı müvəqqəti dayandırılır
MEDİA kiberhücumla bağlı açıqlama yayıb
Cəmiyyət 15:22
MEDİA kiberhücumla bağlı açıqlama yayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol