Bu ərazidə işıq olmayacaq
![Bu ərazidə işıq olmayacaq Bu ərazidə işıq olmayacaq](https://anews.az/photo/850x500/2025/02/17/1739812058_1734633548_1734204599_1730889792_1716298168_158261171120919969285e54bcffb2e86.jpg)
Naxçıvan şəhərinin elektrik enerjisinin verilişində fasilə yaranacaq.Bu barədə Naxçıvan Dövlət Energetika Xidmətindən məlumat verilib.
Bildirilib ki, 110/35/10 kV “Xalçaçılıq” yarımstansiyasından qidalanan 16 №-li 10 kilovoltluq hava elektrik verilişi xətti yeni çəkilən xəttə köçürmə işləri ilə əlaqədar sifarişə əsasən açılacaq.
Bununla əlaqədar 18 fevral 2025-ci il tarixində saat 11:00-dan 12:00-a qədər Naxçıvan şəhərinin 56 və 58-ci məhəllələrində elektrik enerjisinin verilişində qısamüddətli məhdudiyyət yaranacaq.
Köçürmə işləri başa çatdıqdan sonra sözügedən xətt üzərində olan ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.