• $ 1.7
  • € 1.7768
  • ₽ 1.8579
  • ₺ 0.0468
  • £ 2.1448

Problem bəllidir, həll isə yalnız birlikdə mümkündür -Nicat Qafuroğlu

Problem bəllidir, həll isə yalnız birlikdə mümkündür -Nicat Qafuroğlu
19.02.2025 13:44

Audiovizual Şuranın son iclasında televiziya və radio kanallarının maliyyə vəziyyəti əsas müzakirə mövzularından biri olub. Şuranın sədri İsmət Səttarov bildirib ki, televiziya sahəsinin gəlirləri ildən-ilə azalır, xərcləri isə artır. Şura bu mövzuda müəyyən təkliflər hazırlayır.

Nəzərə alsaq ki, televiziyaların əsas, bəlkə də yeganə  gəlir mənbəyi reklamdır, o zaman sual ortaya çıxır: bu  bazar niyə zəifləyir?

Mövzu ətrafında NET Media-nın rəhbəri, peşəkar telejurnalist  Nicat Qafuroğlu ilə danışdıq.

Televiziyaların reklam bazarında mövqeyi niyə zəifləyir?

- Çünki, bazardakı payı azalır. Reklamçılar indi  əsas büdcələrini rəqəmsal platformalara – YouTube, TikTok, Instagram və Facebook-a yönləndirirlər. Bu azalmanın fonunda ildən ilə yayım, istehsal, məvacib xərcləri artır. Bu proses bütün dünyada gedir. Bəs televiziyalar bu prosesə necə reaksiya verir.  Son illər geniş yayılan model budur ki, xəbər və analitik proqramlar televiziya kanallarının öz daxilində istehsal olunur, verilişlər, sənədli filmlər, seriallar və reklam çarxları tamamilə prodakşn studiyaların öhdəsinə buraxılır. Azərbaycanda serial sahəsində bu model illərdir tətbiq edilir. Verilişlər üçün də  tətbiq edilərsə, televiziyalar öz xərclərini optimallaşdıracaq, prodakşn sektoru isə daha çox iş imkanına sahib olacaq və nəticədə tamaşaçılar keyfiyyətli məzmundan faydalanacaq. Yeri gəlmişkən, Bakıda həm studiya imkanları, həm texniki təchizat, həm də peşəkarlıq baxımdan yaxşı səviyyədə olan prodakşnlar var.

- Televiziya və prodakşn əməkdaşlığının üstünlükləri nələrdir?

- İlk növbədə, xərclər azalır, keyfiyyət artır. Məsələn, biz NET Media olaraq LED ekran texnologiyasından istifadə edirik. Bu texnologiya sayəsində dekorasiya xərcləri ortadan qalxır. Fiziki dekorasiya olmadan istənilən vizual atmosfer yaratmaq mümkündür. Studiya bir düymə ilə qədim, nəhəng kitabxanaya da çevrilə bilər, çox geniş televiziya studiyası da ola bilər. Bu yanaşma ilə bir studiyada bir-birinə bənzəməyən onlarla fərqli veriliş hazırlamaq olur. Əvvəllər xromakey (green screen) istifadə edilirdi, amma bu üsul artıq köhnəlib. Ümumiyyətlə,  televiziya və prodakşn sektoru bir-birini tamamlayan iki fərqli, lakin qarşılıqlı asılı ekosistemdir. Hər birinin spesifik funksiyaları var və bu funksiyalar onların texniki və yaradıcı imkanlarını müəyyənləşdirir. Elə texniki avadanlıqlar var ki, onları yalnız prodakşn studiyaları alır və istifadə edir, çünki onlar televiziya yayımı üçün nəzərdə tutulmayıb. Məsələn, kino çəkilişi üçün yüksək səviyyəli kinematik kameralar, xüsusi linzalar və işıq sistemləri var ki, bunlar televiziya kanalları üçün sərfəli investisiya deyil.  Eyni zamanda, elə spesifik televiziya avadanlıqları da var ki, prodakşn studiyalarının onlara ehtiyacı olmur. Bu balansın düzgün qurulması lazımdır. Televiziya kanalları əsasən yayım və xəbər istehsalına fokuslanmalı, yaradıcı və vizual baxımdan yüksək keyfiyyət tələb edən kontent isə prodakşn studiyalara həvalə olunmalıdır. İndi bizdə televiziyalarla prodakşnlar arasında münasibət efir vaxtının alqı-satqısından  o tərəfə keçmir. Əslində bu məsələdə  reklam bazarı və ictimai nüfuzu kiçilən televiziyalar daha çox maraqlı  olmalıdır. Bu gün sosial şəbəkələrdə, media platformalarında televiziya kanallarına qarşı haqlı tənqidlər üstünlük təşkil edir. Bir tərəfdən də deyirik ki, televiziyaların gəlirləri azalıb. Əgər azalırsa, bu, onlara kontenti bazar tələbiylə yanaşı cəmiyyətin real ehtiyaclarına uyğun formalaşdırmaq imkanı yaradır. Bu məntiqlə reytinq naminə hamımızın əsəblərini tarıma çəkən sosial-məişət verilişlərinin, qalmaqallı proqramların tirajlanması üçün əsas da azalmalıdır… Televiziyalar bu məqamda sponsorların istəkləri ilə yanaşı müasir tendensiyaları da nəzərə almalı, YouTube, NetFlix dönəmi olduğunu unutmamalı, ixtisaslaşmış prodakşnlarla birgə keyfiyyətli kontentlər istehsal edib, yayımlamalı, cəmiyyət və sponsor qarşısında da öz dəyərini yaratmalıdır!  Çünki, Azərbaycan tamaşaçısı daha yaxşı, daha keyfiyyətli və daha faydalı məzmuna layiqdir və biz birlikdə bunu bacara bilərik.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Astarada yaşayış evi yanıb, iki azyaşlı ölüb
Cəmiyyət 00:11
Astarada yaşayış evi yanıb, iki azyaşlı ölüb
Əksər bölgələrdə qar yağır - FAKTİKİ HAVA - YENILƏNİB
Cəmiyyət 23:38
Əksər bölgələrdə qar yağır - FAKTİKİ HAVA - YENILƏNİB
Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Cəmiyyət 23:00
Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Bakıda yollara duz səpilir
Cəmiyyət 22:58
Bakıda yollara duz səpilir
Bu yollarda sürət həddi endirildi
Cəmiyyət 22:14
Bu yollarda sürət həddi endirildi
Məcburi yerə enmək barədə tələblərə riayət etməyən təyyarələrin məhvinə icazə veriləcək
Cəmiyyət 21:51
Məcburi yerə enmək barədə tələblərə riayət etməyən təyyarələrin məhvinə icazə veriləcək
Hazırda yollarda vəziyyət necədir?
Cəmiyyət 21:40
Hazırda yollarda vəziyyət necədir?
Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilir
Cəmiyyət 20:24
Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilir
Kürdəmirdə maşın kanala aşıb, iki nəfər ölüb - Yenilənib
Cəmiyyət 20:06
Kürdəmirdə maşın kanala aşıb, iki nəfər ölüb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol