Ballıca kəndinin bərpası artıq son mərhələdədir -Prezident

Ballıca kəndinin bərpası artıq son mərhələdədir.Bunu Prezident İlham Əliyev fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olarkən sakinlərlə görüşü zamanı deyib.
O bildirib ki, 137 ev artıq bərpa edilib və 60-a yaxın ev hələ bərpa olunacaq.
"Ballıcada artıq 460 keçmiş köçkün yerləşib. Evləri bərpa etmişik, kənd təsərrüfatı ilə məşğul olmaq üçün imkanlar yaxşıdır, torpaq münbitdir, hava da təmizdir. Bütün Qarabağ bölgəsi, Şərqi Zəngəzur bölgəsi dirçəlir və hər gün biz bunu əyani şəkildə görürük",- o əlavə edib.
Son xəbərlər
Daha çox 