• $ 1.7
  • € 1.7732
  • ₽ 1.8979
  • ₺ 0.0468
  • £ 2.1411

Magistraturaya qəbulun açıq tipli tapşırıqlar üzrə nəticələri elan edilib

Magistraturaya qəbulun açıq tipli tapşırıqlar üzrə nəticələri elan edilib
19.02.2025 17:05

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 16 fevral 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib.

Bu barədə Mərkəzdən məlumat verilib.

Bildirilib ki, bakalavrlar imtahan nəticələri ilə buradan tanış ola bilərlər. İmtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qeyd edək ki, yekun imtahan balı xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq. Xatırladaq ki, iştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə maksimal 5 bal toplaya bilərlər.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 21926 bakalavrdan 515 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 3 nəfərin nəticəsi ləğv olunub.

İmtahan iştirakçılarının nəticələrlə bağlı apellyasiya müraciətlərinə yekun imtahan balı elan olunduqdan sonra baxılacaq. Öncədən məlumat verildiyi kimi, yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər nəzərə alınacaq.

Cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunduğu üçün təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Avtobuslar xidmət etməkdən imtina etdiyi üçün insanlar yollarda qalıb - Video
Cəmiyyət 11:14
Avtobuslar xidmət etməkdən imtina etdiyi üçün insanlar yollarda qalıb - Video
Qarlı havada 15 nəfər xəsarət alıb
Cəmiyyət 11:02
Qarlı havada 15 nəfər xəsarət alıb
Qarlı havaya görə şagirdlərin davamiyyətində ciddi azalma müşahidə edilmir
Cəmiyyət 11:00
Qarlı havaya görə şagirdlərin davamiyyətində ciddi azalma müşahidə edilmir
Qarlı havada 7 qəzada 9 nəfər yaralanıb
Cəmiyyət 10:36
Qarlı havada 7 qəzada 9 nəfər yaralanıb
Ötən sutka 23 yanğına çıxış olub, 4 nəfər xilas edilib
Cəmiyyət 10:01
Ötən sutka 23 yanğına çıxış olub, 4 nəfər xilas edilib
Bir çox rayonlara qar yağır - Faktiki hava
Cəmiyyət 09:24
Bir çox rayonlara qar yağır - Faktiki hava
Cəbrayıla növbəti köç baş tutub
Cəmiyyət 09:23
Cəbrayıla növbəti köç baş tutub
Astarada yaşayış evi yanıb, iki azyaşlı ölüb
Cəmiyyət 00:11
Astarada yaşayış evi yanıb, iki azyaşlı ölüb
Əksər bölgələrdə qar yağır - FAKTİKİ HAVA - YENILƏNİB
Cəmiyyət 23:38
Əksər bölgələrdə qar yağır - FAKTİKİ HAVA - YENILƏNİB
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol