Tofiq Yaqublu 10 il həbs oluna bilər

Həbsdə olan Milli Şuranın üzvü Tofiq Yaqublunun növbəti məhkəməsi fevralın 26-na təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı Tofiq Yaqublunun 10 il həbs olunmasını istəyib.
Tofiq Yaqublu dekabrın 15-də Nərimanov Rayon Məhkəməsində ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittihamın irəli sürülüb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Müsavat üzvü 2022-ci ilin dekabrında İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xuliqanlıq) əsasında Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs olunub.
Gülnar
Son xəbərlər
Daha çox 