• $ 1.7
  • € 1.7732
  • ₽ 1.8979
  • ₺ 0.0468
  • £ 2.1411

Sahibə Qafarova İran parlamentinin sədri ilə görüşüb

Sahibə Qafarova İran parlamentinin sədri ilə görüşüb
20.02.2025 10:06

Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 15-ci plenar iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf ilə görüşüb. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə tədbirin Bakının evsahibliyi ilə yüksək səviyyədə təşkil olunduğu vurğulanaraq, bu cür tədbirlərin həm bir sıra ciddi qlobal məsələlərin müzakirəsi baxımından mühüm platforma olduğu, eyni zamanda təşkilata üzv ölkələr arasında münasibətlərin də müzakirəsi üçün yaxşı imkan yaratdığı qeyd edilib.

Söhbət zamanı bu səfərin Məhəmməd Baqer Qalibafin ölkəmizə ilk səfəri olduğu və bu səfərin münasibətlərimizin inkişafına töhfə verəcəyi ilə bağlı inam ifadə edilib. Bildirilib ki, Azərbaycan və İran xalqları ortaq tarixi, dini və mədəni dəyərləri bölüşür. Bu, ölkələrimiz arasındakı bugünkü münasibətlərin əsasını təşkil edir və münasibətlərin daha da genişləndirilməsi üçün yaxşı təməldir.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın xarici siyasətinin prinsiplərinə, müasir beynəlxalq münasibətlər sisteminə dair baxışları ilə bağlı Prezident İlham Əliyevin fikirlərini xatırladaraq, deyib ki, bu prinsiplər dostluq, bir-birinin daxili işlərinə qarışmamaq, beynəlxalq öhdəliklərə riayət etmək, qarşılıqlı hörmət nümayiş etdirmək kimi prinsiplərdir.

Spiker Sahibə Qafarovanın sözlərinə görə, dövlət başçısı Azərbaycanla qonşuları arasında mehriban qonşuluq və qarşılıqlı anlaşma şəraitində birgə fəaliyyətə, qarşılıqlı faydalı əməkdaşlığa böyük əhəmiyyət verir. Eyni regionda yerləşən, qonşu olan ölkələrin bir-birinə qarşılıqlı etimadı, əməkdaşlığı yalnız onların hər birinə fayda gətirər. Elə Azərbaycan-İran münasibətlərinin hazırki vəziyyəti də bunu təsdiq edir. Vurğulanıb ki, təxminən son bir ayda həyata keçirilmiş səfərlərə, görüşlərə, danışıqlara nəzər yetirsək, iki ölkə arasında əməkdaşlıq gündəliyinin çox zəngin olduğunu görərik. Bütün bu təmaslar, danışıqlar ikitərəfli əlaqələrin inkişafına böyük təkan verir.

İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, APA-nın Milli Məclisin ev sahibliyi ilə Bakıda keçirilən 15-ci plenar sessiyasının önəmini vurğulayaraq müzakirəyə çıxarılan qərarların əhəmiyyətindən danışıb. Qonaq ölkəsinin bütün qonşu dövlətlərlə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu, bu siyasətdə Azərbaycanın xüsusi yer tutduğunu qeyd edib, gələcəkdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün səylərin artırılacağına əminliyini ifadə edib.

Görüşdə dövlətlərarası münasibətlərin mühüm bir istiqaməti kimi parlamentlərimiz arasında da əlaqələrin genişləndirilməsi, beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq məsələləri də nəzərdən keçirilib.

Söhbət zamanı həmçinin bu gün Cənubi Qafqaz regionunda mövcud olan yeni imkanlar və perspektivlər barədə də danışılıb. Bu baxımdan, Azərbaycanın təşəbbüsü ilə yaradılan "3+3" əməkdaşlıq formatının əhəmiyyəti qeyd edilib. Bildirilib ki, regiondan kənar xarici qüvvələrin regiona cəlb edilməsi isə yaxşı heç nə vəd etmir. Məhəmməd Baqer Qalibaf da İranın "3+3" platformasını tam dəstəklədiyini, bu formatın regionda sülhə və sabitliyə, həmçinin siyasi-iqtisadi əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. Qeyd olunub ki, regiona kənar ölkələrin cəlb olunması qəbuledilməzdir.

Görüşdə həmçinin regiondakı nəqliyyat bağlantılarının, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin və Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək yol bağlantısının əhəmiyyəti xüsusi vurğulanıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in dəstəklədiyi milli komandamız ölkəmizə 9 medal qazandırıb
Cəmiyyət 17:41
Azercell-in dəstəklədiyi milli komandamız ölkəmizə 9 medal qazandırıb
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
Cəmiyyət 16:12
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
Nurlan Libre 1 ay 17 gün müddətinə həbs edilib
Cəmiyyət 15:27
Nurlan Libre 1 ay 17 gün müddətinə həbs edilib
Qarda 55 nəfər yıxılıb, müxtəlif xəsarətlər alıb - Rəsmi
Cəmiyyət 14:46
Qarda 55 nəfər yıxılıb, müxtəlif xəsarətlər alıb - Rəsmi
Azərbaycanda yeni qurum yaradılıb - Fərman
Cəmiyyət 13:36
Azərbaycanda yeni qurum yaradılıb - Fərman
Bu gün avtobuslar saat 21:30-dək işləyəcək
Cəmiyyət 13:31
Bu gün avtobuslar saat 21:30-dək işləyəcək
Sabah da qar yağacaq
Cəmiyyət 12:39
Sabah da qar yağacaq
Qarlı havada 39 nəfər xəsarət alıb - Yenilənib
Cəmiyyət 12:20
Qarlı havada 39 nəfər xəsarət alıb - Yenilənib
Əmək hüquqlarının pozulması ilə bağlı cinayət işi başlanıb
Cəmiyyət 12:07
Əmək hüquqlarının pozulması ilə bağlı cinayət işi başlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol