Ölkədə bir sıra saytlara kiberhücumlar olub

Ölkədə fəaliyyət göstərən bir sıra xəbər saytlarına kiberhücumlar olub.
Belə ki, “Global” Media Qrupuna daxil olan report.az, oxu.az, azpolitika.info, baku.ws, caliber.az və digər saytlarına giriş mümkün olmayıb.
Report.az informasiya agentliyinə isə giriş edərkən “Azərbaycan İslam Müqavimət hərəkatı”, Hüseynçilər, “Tezliklə” ifadələri yazılıb.
Rəqəmsal İnkişaf və Rabitə Nazirliyi kiberhücumların hansı formada başverməsi ilə bağlı hələlik açıqlama verməyib.
Aytac