• $ 1.7
  • € 1.7732
  • ₽ 1.8979
  • ₺ 0.0468
  • £ 2.1411

Müəllim xəbərdarlıq və töhmət almadan işdən çıxarılıb - Qanun nə deyir...

Müəllim xəbərdarlıq və töhmət almadan işdən çıxarılıb - Qanun nə deyir...
20.02.2025 13:41

Gəncədə 34 saylı məktəbin inglis dili müəllimi Cavid Rzayevə heç bir xəbərdarlıq olunmadan əmək fəaliyyətinə xitam verilib. Bu barədə anews.az-a müsahibəsində müəllim özü bildirib. 

Bir neçə gün öncə Gəncədə 34 saylı məktəbdə 5-ci sinif şagirdinin müəllimin onu döyməsi iddiası ilə bağlı məlumatlar paylaşılıb.

Daha sonra  Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi açıqlama verərək bildirib ki,  müəllimin şagirdə qarşı uyğunsuz davranışı iddiası əsasında belə halların yolverilməzliyi nəzərə alınaraq, sözügedən təhsil müəssisəsinin ingilis dili müəllimi Cavid Rzayevlə bağlanmış əmək müqaviləsinə xitam verilib.

"İndiyə kimi heç bir nöqsanım olmayıb. Belə hal ilk dəfədir baş verir. Onu döydüyümü iddia edən şagird dəfələrlə dərsə gecikdiyi üçün tənbehedici adım atmaq istədim. Uşağa qarşı heç bir fiziki zorakılıq, döymə faktı yoxdur. Bunu məktəb rəhbərliyi  və regional təhsil idarəsi də bilir. Haqqımda radikal qərar verilib. Mənə deyilib ki, məsələ ictimailəşib deyə bu cür həll edilməlidir. Kamera görüntüləri də var. Hamısı bilir ki, bu mənə qarşı böhtandır. Mənə səhvimə görə cəza verilməli idi. Bu məsələdə direktor da mənə lazım olan dəstəyi göstərib. Mənim işimə xitam verildikdən sonra regional idarədə qəbulda oldum", - müəllim deyib. 

Cavid Rzayev deyir ki, hadisə baş verən gün o məcburiyyətdən işdən çıxmağı ilə bağlı ərizə yazıb. Ərizə yazılmayacağı təqdirdə onu əmək müqaviləsinin "70Ç" bəndi ilə işdən uzaqlaşdırmaq riski yaranıb. 

"Hadisə baş verən gün təşviq içində olub ərizə yazdım. Bildirdim ki,  fevralın 17-də məni işdən azad etsinlər. Lakin bir gün sonra ərizəmi geri çəkdim. Lakin geriçəkməyimə baxmayaraq bunu nəzərə almadılar", - o bildirib. 

VI çağırış Milli Məclisin deputatı, təhsil eksperti Etibar Əliyev hesab edir ki, təhsil sektorunda təhsilə aid şəxslər olmadığı zamana qədər bu cür problemlər hər zaman olacaq. 

"Hadisənin araşdırılmadan qərar verilməsi səhv addımdır. Məktəb həssas bir yerdir. Hansısa bir hadisə baş verirsə ciddi şəkildə araşdırılmalıdır. Əslində bunun kökündə tamam başqa məsələ durur. Bu gün məktəb sistemini bilməyən, aiddiyatı olmayan şəxslər mühasiblər, hüquqşünaslar, hansısa şirkətdə işləyənlər regional təhsil idarələrinə müdir təyin olunur. Onlar ümumiyyətlə anlamır. Ən qüsurlu kadr siyasəti Gəncə Daşkəsən Regionala təhsil idarəsində baş verib. İndiki rəhbərdən qabaq idarəetmədə olan şəxs də kobud adam idi. Narazılıqlar var idi. Müəllimləri təhqir edirdi. Nəticədə məktəbdəki şəxslər təhqir olunurdusa onların məktəbdə də heç bir hörməti qalmırdı. Bu tələsik qərarın verilməsi naşılıqdan irəli gəlir. "Təhsil haqqında" qanun, normativ aktları bilməkdən söhbətdən getmir. Bu təyinatlar məktəbə yad olan adamlardır. Dərhal nəyi eşidirilərsə qərar qəbul edirlər. Bu da narazılıqlara səbəb olur", - Əliyev vurğulayıb. 

Qanun nə deyir?

Hüquqşünas Xəyal Bəşirov bildirir ki, əmək qanunveriliciliyində öz vəzifələrini yerinə yetirməmə, işdə səhlənkarlıq, xoşagəlməz addım atmaqla bağlı ilk hərəkətlərdən işdən çıxarılma nəzərdə tutulmayıb.

"İşdən çıxarmadan əvvəl xəbərdarlıq, şiddətli töhmət kimi vasitələr mümkündür. İşdən çıxarma ən ağır tədbirlərdən biridir. Dərhal tətbiq etmə qanunvericiliyə uyğun deyil", - hüquqşünas qeyd edib. 

 Hüquqşünas Ramil Süleymanov söyləyir ki, hər hansı baş verən hadisə barəsində pedaqoji heyətin və Həmkarlar İttifaqının komissiyasının birgə qərarı olduqdan sonra qərar verilə bilər. 

"Təhsil işçilərinin nümunəvi davranış qaydaları var. O cümlədən müəllimlərlə bağlanan əmək müqavilələrində müəllimin funksiyası hissəsində qeyd olunur ki, şagirdlərə qarşı davranış qaydaları hansı şəkildə olmalıdır. Müəllimlərin şagirdlərin düzgün olmayan davranışlarından dolayı hər hansı bir şəkildə fiziki təziqlərin edilməsi yolverilməzdir. Bu qanunvericiliyə görə araşdırılmalıdır. Bu müəllimin fiziki şiddət göstərməsindən dolayı təhsil müəssisəsinin qərar verəcəyi məsələdir. Fiziki xəsarət təsdiqlənirsə həmin müəllimin işdən çıxarılması mümkündür. Sadəcə şagirdə qarşı tənbehedici formada xəbərdarlığı,əlindən tutub hər hansı hərəkətləredici davranışı onun işdən çıxarılması üçün səbəb ola bilməz. Bununla bağlı pedaqoji heyətin və Həmkarlar Təşkilatının qərarı olmalıdır. Onlar hesab edərsə bu uşağın inkişafı üçün zərərli olan məsələ deyil, bununla bağlı müəllimə töhmət verilməsi qərarı verilə bilər.  İşdən çıxarılması əsas ola bilməz.", - hüquqşünas deyib. 

Vətəndaşların Əmək Hüquqlarının Liqası sədri, hüquq müdafiəçisi Sahib Məmmədov anews.az-a açıqlamasında bildirib ki, işdən xaric olunan müəllim məhkəməyə müraciət etməklə işinə bərpa edilə bilər. 

"Şagirdlərə münasibətdə qanundankənar fəaliyyətə yol verilməməlidir. Hadisə baş verəndə müəyyən hallar nəzərə alınmalıdır və qərar çıxarılarkən qərar ədalətli olmalıdır. Təəssüf doğuran odur ki, bizdə regionalarda təhsil idarələrinə təhsilə aid olmayan insanlar cəlb olunub. Bu baxımdan təhsil sistemini bilmirlər. Nəticədə proses təhsilin kefiyyətinə mənfi təsir edir. Dərsi pozan şagird barəsində hər hansı tədbir görülə bilmirsə, o müəssisədə təhsil davam etməyəcək. Hansısa bir fiziki təziq olmadan əmək məcəlləsinin "70Ç" bəndini tətbiq etmək doğru deyil. Burda digər inzibati tənbeh növləri var. Xəbərdarlıq, şiddətli töhmət verilə bilərdi. Nəzərə alınmalı idi müəllim bir ailənin qazancını gətirir. Müəllim mediasiya prosesini keçməklə məhkəməyə müraciət etməklə işinə bərpa oluna bilər", - hüquq müdafiəçisi əlavə edib. 

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müəllimə "xəbərdarlıq və töhmət verilmədən işdən çıxarılması" ilə bağlı ünvanladığımız sorğu cavabsız qaldı. 

Baş verən hadisə ilə bağlı bir sıra təhsil ekspertləri öz sosial hesablarında müəllimə dəstək olaraq paylaşımlar ediblər. 

Cavid Rzayev 2024-cü ildən Gəncədə 34 saylı məktəbdə çalışır. O, MİQ imtahanında 77,5 bal toplayıb.

 

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Balakəndə 4 otaqlı ev yanıb
Cəmiyyət 22:52
Balakəndə 4 otaqlı ev yanıb
Qubada zəlzələ olub
Cəmiyyət 22:25
Qubada zəlzələ olub
DİN, Baş Prokurorluq və ANAMA minaya düşən şəxslə bağlı açıqlama yayıb - Yenilənib
Cəmiyyət 21:08
DİN, Baş Prokurorluq və ANAMA minaya düşən şəxslə bağlı açıqlama yayıb - Yenilənib
Qanunsuz ağackəsmədə təqsirləndirilən vəzifəli şəxslər barədə qərar verilib
Cəmiyyət 19:57
Qanunsuz ağackəsmədə təqsirləndirilən vəzifəli şəxslər barədə qərar verilib
Təcridxanaya mobil telefonların keçirilməsinin qarşısı alınıb - Video
Cəmiyyət 18:40
Təcridxanaya mobil telefonların keçirilməsinin qarşısı alınıb - Video
Şaxtalı və qarlı hava şəraiti davam edir - FAKTİKİ HAVA- YENİLƏNİB
Cəmiyyət 18:24
Şaxtalı və qarlı hava şəraiti davam edir - FAKTİKİ HAVA- YENİLƏNİB
Gəncədə qaz balonu partlayıb, iki qardaş xəsarət alıb
Cəmiyyət 18:03
Gəncədə qaz balonu partlayıb, iki qardaş xəsarət alıb
Azercell-in dəstəklədiyi milli komandamız ölkəmizə 9 medal qazandırıb
Cəmiyyət 17:41
Azercell-in dəstəklədiyi milli komandamız ölkəmizə 9 medal qazandırıb
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
Cəmiyyət 16:12
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol