• $ 1.7
  • € 1.7732
  • ₽ 1.8979
  • ₺ 0.0468
  • £ 2.1411

MEDİA kiberhücumla bağlı açıqlama yayıb

MEDİA kiberhücumla bağlı açıqlama yayıb
20.02.2025 15:22

Hazırda müvafiq dövlət qurumları tərəfindən kütləvi kiber hücumun nəticələrinin aradan qaldırılması və gələcəkdə belə halların təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) açıqlama yayıb.

"20 fevral 2025-ci il tarixində ölkəmizin bir sıra onlayn media resurslarına qarşı həyata keçirilən kütləvi kiber hücumu Azərbaycanın informasiya təhlükəsizliyinə təhdid kimi qiymətləndirir və bildiririk ki, veb-saytların fəaliyyətinin bərpası istiqamətində zəruri tədbirlər görülür. Hazırda müvafiq dövlət qurumları tərəfindən kütləvi kiber hücumun nəticələrinin aradan qaldırılması və gələcəkdə belə halların təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Ölkəmizin informasiya təhlükəsizliyinə yönəlmiş bu hücum bir daha sübut edir ki, milli informasiya məkanımız daim ictimai fikri çaşdırmaq istəyən qüvvələr tərəfindən nəinki dezinformasiya və yanlış xəbərlərin yayılması, habelə media infrastrukturuna müdaxilə olunaraq məlumatın mənbədən silinməsi və dəyişdirilməsi cəhdləri ilə hədəfə alınır.

Bu kimi halların qarşısının alınması məqsədilə media qurumlarını öz resurslarının mühafizəsinə daha həssas yanaşmağa çağırırıq", - açıqlamada qeyd olunub.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qanunsuz ağackəsmədə təqsirləndirilən vəzifəli şəxslər barədə qərar verilib
Cəmiyyət 19:57
Qanunsuz ağackəsmədə təqsirləndirilən vəzifəli şəxslər barədə qərar verilib
Xocalıda mina partlayıb, xəsarət alan var
Cəmiyyət 19:10
Xocalıda mina partlayıb, xəsarət alan var
Təcridxanaya mobil telefonların keçirilməsinin qarşısı alınıb - Video
Cəmiyyət 18:40
Təcridxanaya mobil telefonların keçirilməsinin qarşısı alınıb - Video
Şaxtalı və qarlı hava şəraiti davam edir - FAKTİKİ HAVA- YENİLƏNİB
Cəmiyyət 18:24
Şaxtalı və qarlı hava şəraiti davam edir - FAKTİKİ HAVA- YENİLƏNİB
Gəncədə qaz balonu partlayıb, iki qardaş xəsarət alıb
Cəmiyyət 18:03
Gəncədə qaz balonu partlayıb, iki qardaş xəsarət alıb
Azercell-in dəstəklədiyi milli komandamız ölkəmizə 9 medal qazandırıb
Cəmiyyət 17:41
Azercell-in dəstəklədiyi milli komandamız ölkəmizə 9 medal qazandırıb
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
Cəmiyyət 16:12
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
Nurlan Libre 1 ay 17 gün müddətinə həbs edilib
Cəmiyyət 15:27
Nurlan Libre 1 ay 17 gün müddətinə həbs edilib
Qarda 55 nəfər yıxılıb, müxtəlif xəsarətlər alıb - Rəsmi
Cəmiyyət 14:46
Qarda 55 nəfər yıxılıb, müxtəlif xəsarətlər alıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol