Nurlan Libre 1 ay 17 gün müddətinə həbs edilib

“Meydan tv” işi üzrə saxlanılan Nurlan Qəhrəmanlı (Libre) barəsində 1 ay 17 gün müddətə həbs qətimkan tədbiri seçilib. Bu barədə Xətai Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.
Nurlan Qəhrəmanlı fevralın 20 də saxlanılıb. Onun evində axtarış aparıldığı bildirilib.
Bir müddət əvvəl Daxili İşlər Nazirliyi tərəfindən "Meydan TV" əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov saxlanılıb.
Onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib. Xətai rayon Məhkəməsi tərəfindən hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Aytac Zeynalova