• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

Minaya düşən veteranın son durumu açıqlanıb - Yenilənib

Minaya düşən veteranın son durumu açıqlanıb - Yenilənib
22.02.2025 11:08

Ötən gün Xocalı rayonunun Ulubaba kəndi ərazisində minaya düşən Ağdam rayon sakini, 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlunun vəziyyəti açıqlanıb.


Bərdə rayon mərkəzi xəstəxanasının direktoru Vüsal Məmmədov Modern.az-a bildirib ki, xəstənin sağ aşağı ətrafı, baldır nahiyəsinin aşağı hissəsinin 3-də 1-i amputasiya olunub:
“Nağı İmanov xəstəxanamıza çox ağır vəziyyətdə, həddindən artıq qan itirərək gəlmişdi. Dünənki gün üçün ağır olaraq dəyərləndirilirdi, ancaq bu gün vəziyyəti nisbətən stabilləşib və reanimasiya şöbəsində köçürülüb. Xəstənin vəziyyətinin bir neçə gün sonra tam stabilləşəcəyi gözlənilir və ona qədər müalicəsi davam etdiriləcək”. 


Vüsal Məmmədov vurğulayıb ki, xəstə hazırda ayılıb və suallara cavab verir:

"Amma çox qan itirdiyi üçün vəziyyətindəki ağırılıq qalmaqdadır, bunun üçün də müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Hər keçən gün həyati riski daha da azaldacağı gözlənilir və 2 gün sonra vəziyyətinin daha stabilləşdiyini görmək mümkün olacaq".

Nağı İmanov Birinci Qarabağın müharibəsi veteranıdır, tabor komandiri kimi ehtiyata buraxılıb. 

***

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin birgə məlumatına görə, işğaldan azad edilmiş Xocalı rayonunun Ulubaba kəndi ərazisində 2025-ci il 21 fevral tarixində mina hadisəsi baş verib.

Ağdam rayon sakini, 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlu minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.Hadisə nəticəsində o, ayağından xəsarət alıb.

Faktla bağlı Xocalı rayon prokurorluğunda araşdırma aparılır.

DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.

19:10

Xocalı rayonunda mina hadisəsi baş verib.

Trend xəbər verir ki, hadisə Xocalı rayonu ərzisində qeydə alınıb.

"Azərbaycan Bayrağı Ordeni" ilə təltif edilmiş Qarabağ müharibəsi iştirakçısı Nağı İmanov mina partlayışı nəticəsində xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım heyəti cəlb edilib.

Onun səhhəti ilə bağlı hələlik dəqiq məlumat yoxdur.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərə qar yağır - Faktiki hava - Yenilənib
Cəmiyyət 19:35
Bu ərazilərə qar yağır - Faktiki hava - Yenilənib
Mingəçevir su anbarında batan şəxslərin axtarışı davam edir - Video
Cəmiyyət 19:00
Mingəçevir su anbarında batan şəxslərin axtarışı davam edir - Video
Bakıda şərab mağazasından oğurluq edənlər saxlanılıb
Cəmiyyət 18:00
Bakıda şərab mağazasından oğurluq edənlər saxlanılıb
Bakıda bir yerdə yeyib-içən 4 dostun meyiti tapılıb
Cəmiyyət 17:14
Bakıda bir yerdə yeyib-içən 4 dostun meyiti tapılıb
Naxçıvanda sahibsiz itlər 3 nəfərə xəsarət yetirib
Cəmiyyət 17:11
Naxçıvanda sahibsiz itlər 3 nəfərə xəsarət yetirib
Bəzi yollarda qara görə endirilən sürət həddi bərpa olunub
Cəmiyyət 15:40
Bəzi yollarda qara görə endirilən sürət həddi bərpa olunub
Binəqədidə yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib
Cəmiyyət 14:02
Binəqədidə yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 13:06
Sabahın hava proqnozu açıqlanıb
Qarlı hava ilə bağlı təcili yardıma 84 müraciət daxil olub
Cəmiyyət 13:00
Qarlı hava ilə bağlı təcili yardıma 84 müraciət daxil olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol