Qobustanda əməliyyat - Xeyli silah-sursat tapılıb

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirib.Bu barədə Penitensiar xidmət məlumat yayıb.
Bildirilib ki, axtarış nəticəsində İbadov Vaqif İmanxan oğluna məxsus 1 ədəd lüləsi və qundağı kəsik ov tüfəngi, 2 ədəd F-1 markalı əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 1171 ədəd müxtəlif kalibrli patron və 1 ədəd siqnal tapançası Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində dəmiryolunun kənarında sahibsiz tikilinin yaxınlığında aşkar edilərək götürülüb.
Əl qumbaraları Fövqəladə Hallar Nazirliyinin Xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Faktla bağlı araşdırma aparılır
Son xəbərlər
Daha çox 