Bəzi yollarda qara görə endirilən sürət həddi bərpa olunub

Bakıda bir sıra yollarda qarlı və küləkli hava şəraiti səbəbindən endirilən sürət həddi bərpa olunub.Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata görə, Zığ dairəsi-Hava Limanı, Buzovna-Zağulba yollarında, Mərdəkan şosesində və Heydər Əliyev prospektində endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 