• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

Paytaxtda qarın təmizlənməsi işləri davam edir

Paytaxtda qarın təmizlənməsi işləri davam edir
23.02.2025 10:15

Artıq bir neçə gündür ki, paytaxta yağan qarın yenidən intensivləşməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) və paytaxt rayonlarının kommunal strukturları gücləndirilmiş iş rejimində çalışırlar.

Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, gecə saatlarından etibarən şəhər və rayon kommunal xidmətlərinin xüsusi texnikaları əsas avtomobil yollarına və magistrallara, maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpib və bu işlər gün ərzində davam edəcəkdir.

Eyni zamanda səhər saatlarından kommunal xidmətlərin əməkdaşları, işlərə cəlb olunan əlavə işçi qüvvəsi tərəfindən metro stansiyaları, avtobus dayanacaqları, piyada səkiləri, küçə boyunca ictimai-iaşə və digər obyektlərin və digər müəssisələrin qarşısının təmizlənməsi, buz bağlamış yerlərə duz səpilməsi və digər təmizlik işlərini həyata keçirilir. Qarın ən çox düşdüyü ərazilər xüsusi diqqətdə saxlanılır.

Bu işlərin daha rahat və operativ həyata keçirilməsi üçün paytaxtın müxtəlif ərazilərində texniki duz toplanan məntəqələr yaradılıb. Ümumilikdə bu işlərə 100-dən çox xüsusi texnika və 2000-dən çox işçi qüvvəsi cəlb edilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləklə bağlı sarı xəbərdarlıq
Cəmiyyət 16:40
Küləklə bağlı sarı xəbərdarlıq
Məhərrəmlik ayı bu tarixdə başlayacaq
Cəmiyyət 15:54
Məhərrəmlik ayı bu tarixdə başlayacaq
Yolun sürüşkən olması nəqliyyatın hərəkətində sıxlığa səbəb olub
Cəmiyyət 15:09
Yolun sürüşkən olması nəqliyyatın hərəkətində sıxlığa səbəb olub
Ağsuda maşın dereye aşaraq yanıb - Video
Cəmiyyət 14:23
Ağsuda maşın dereye aşaraq yanıb - Video
Yollar buz bağlayacaq - Xəbərdarlıq
Cəmiyyət 13:00
Yollar buz bağlayacaq - Xəbərdarlıq
Sabahın hava proqnozu
Cəmiyyət 12:30
Sabahın hava proqnozu
Bərdədə kütləvi zəhərlənmə halı qeydə alınıb - Yenilənib
Cəmiyyət 12:03
Bərdədə kütləvi zəhərlənmə halı qeydə alınıb - Yenilənib
Astarada 7 nəfərdən odlu silah götürülüb,saxlanılan var
Cəmiyyət 11:05
Astarada 7 nəfərdən odlu silah götürülüb,saxlanılan var
Paytaxtda qarın təmizlənməsi işləri davam edir
Cəmiyyət 10:15
Paytaxtda qarın təmizlənməsi işləri davam edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol