• $
  • €
  • ₽
  • ₺
  • £

Tağı Əhmədov məhkəməyə verilə bilər - KOBUDLUĞUNA GÖRƏ

Tağı Əhmədov məhkəməyə verilə bilər - KOBUDLUĞUNA GÖRƏ
19.01.2014 14:00

Sahib Məmmədov: "Metroda baş verən gecikmələrə, rəhbərliyin kobud münasibətinə görə vətəndaşlar hüquqi addımlar ata bilər".

Son günlər tez-tez Metropolitendə müxtəlif problemlər yaranır. Gah işıqlar sönür, gah qatarların gecikməsi baş verir, gah da metro kartlarının yüklənməsi ilə bağlı növbələr yaranır. Bütün bu baş verənlər isə insanların haqlı narazılığına səbəb olur. Çünki yaranan bu tipli problemlər insanların mənzil başına çatmasını yubandırır, planlarını alt-üst edir. Baş verənlər onu göstərir ki, metro idarəetməsində ciddi nöqsanlar var və bunun aradan qaldırılması üçün hansısa əməli fəliyyət müşahidə olunmur. 

Digər tərəfdən, hələ müşahidə olunmayıb ki, baş verənlərlə bağlı sərnişinlərə üzrxahlıq edilsin, ictimaiyyətə məlumat verilsin. Əksinə, həmişə kobud davaranış müşahidə olunub və bu da sərnişinlərə qarşı hörmətsizlikdir. 

Sonuncu dəfə metroda işıqlar keçəndə isə  Metropoliten rəisi Tağı Əhmədov “darıxmayın, ürəyi partlayan olmayıb” deyə aqressiv mövqe nümayiş etdirmişdi.

Ümumiyyətlə, metroda yaranan bu kimi xoşagəlməz hallara, metro rəhbərliyinin davranışına qarşı sərnişinlər hansı hüquqi addımları ata bilər?

Hüquq müdafiəçisi Sahib Məmmədov bildirdi ki, vətəndaşlar onları narahat edən hallarla bağlı hüquqi addımlar ata və hər hansı ziyana görə kompensasiya tələb edə bilər: “Nəqliyyat vasitəsindən istifadə edən hər bir sərnişin avtomatik olaraq həmin fəaliyyəti həyata keçirən orqanla sanki müqavilə bağlamış olur. Bunun üçün bir məsuliyyət olmalı, sərnişinlər sığortalanmalı, yaranmış vəziyyətə uyğun olaraq kompensasiya ödənilməlidir. Məsələn, aviadaşımalarda belə bir praktika var və gecikmələrə görə təzminat ödənilir. Azərbaycana gəlincə, bununla bağlı hüquqi baxımdan müəyyən addımlar atıla bilər. Məsələn, hansısa qəza nəticəsində ziyan dəyibsə, gecikmə nəticəsində əsaslı zərər dəyibsə, bununla bağlı vətəndaş haqqın tələb edə bilər. Ancaq mən bu istiqamətdə vətəndaş fəallığı görməmişəm. Bu halların çoxsaylı təkrarlanması ilə bağlı əlaqədar təşkilatlar ölçü götürməlidir. Konkret metrodan söhbət gedəndə, bunun özbaşınalıqdan başqa adı yoxdur. Çünki rəhbərlik bilir ki, ona qarşı nə əhali tərəfindən, nə də yuxarı məmurlar tərəfindən hansısa təzyiqlər omayacaq. Birinci dəfə deyil ki, metro rəhbərliyi bu cür kobud açıqlamalar verir.  /qafqazinfo.az/

Qaynarinfo.az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol