Qurumlar arasında sistemlərin elektronlaşması tam yekunlaşmayıb - Fond rəhbəri

Aqrar Sığorta Fondu ilə digər qurumlar arasında sistemlərin elektronlaşması üzərində işlər tam yekunlaşmayıb. Bunu Aqrar Sığorta Fondunun Fuad Sadıqov jurnalistlərə açıqlamasında deyib.
"Əgər bir yanğın hadisəsi baş verirsə bu zaman iki qurum arasında olan məlumatın inteqrasiyası həmin an üçün mümkün olmur. Ona görə də qurumlar arasında sistemlərin təkmilləşməsinə ehtiyac var. Sistemlər elektronlaşması tam başa çatarsa hadisə anında yaxşı nəticələr əldə etmək mümkün olacaq", - Sadıqov bildirib.
Qurum rəsmisi vurğulayıb ki, fermerlərin maliyyə və kredit almaqları ilə bağlı da fond davamlı olaraq görüşlər keçirir.
"Birbaşa mandatımıza aid olmayan məsələdir. Amma kredit olmayan təşkilatlar və banklarla davamlı olaraq maarifləndirmə işləri həyata keçiririk. Hazırda fermerlər üçün bir bank və bir bank olmayan kredit təşkilatı mikrokreditlər verir", - o bildirib.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 