• $ 1.7
  • € 1.7786
  • ₽ 1.958
  • ₺ 0.0466
  • £ 2.1511

Azərbaycanda terror xarakterli cinayətlər niyə çoxalıb?- RƏY

Azərbaycanda terror xarakterli cinayətlər niyə çoxalıb?- RƏY
28.02.2025 16:50

2024-cü ildə Azərbaycanda terror xarakterli cinayət işlərinin sayı 2023 -cü il ilə müqayisədə 17-dən 31-ə kimi artıb.  Bu barədə Dövlət Statistika Komitəsi Daxil İşlər Nazirliyinə istinadən bildirib.

Milli Məclisin Təhlükəsizlik komitəsinin üzvü Hikmət  Məmmədov bildirir ki,  terror xarakterçi cinayətlərin  çoxalması yeni reallığı qəbul etməyən mərkəzlərin  fəaliyyətinin nəticəsidir.

"Əsas məsələ ondan ibrarətdir ki,  bu terror cəhdlərinin qarşısı onlar real terrora çevrilmədən alınır. Statistik mənada artıma gəldikdə isə biz bilirik ki,  bu yaxınlarda zaman zaman passivləşən və aktivləşən terror təşkilatlarının fəaliyyətləri çox olub. Bunun səbəbləri də aydındır. Çünki zaman zaman milli maraqlarımıza qarşı hücumların təşkil olunması, terror cəhdlərinin törədilməsi Azərbaycanın daha çox qətiyyətli və müstəqil davranması ilə əlaqədardır. Bəzi mərkəzlər  Azərbaycana təzyiq göstərmək lazım gəldikdə terror mexanizmini işə salmağa çalışırlar.  Azərbaycana qarışı terror cəhdlərinin müxtəlif mənbələri var. Bunlardan bir qismi dini ideoloji konteksdə, bir qismi isə ənənəvi erməni terroru konteksində baş tutub",- deputat vurğulayıb.

Təhlükəsizlik məsələləri üzrə ekspert, Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun fikrincə, bu statistika inandırıcı deyil.

"Zaman zaman hansısa terror hadisələri eşidirik. Eyni zamanda qarşısının alınmasını da görürük.  Amma onların bu səviyyədə artması inandırıcı görünmür.  Məsələn ötən il bir və ya 3 terror cəhdi olubsa, 2024 cü ildə onun sayı 7 olubsa,  bu artıq faizi yüksəkdir.  Azərbaycanda hüquq mühafizə orqanları  bir sıra hallarda  hansısa səbəblərdən yanlış, saxta ittihamlar verirler. O cümlədən, terrorla bağlı məlumatlarda da yanlışlar ola bilər. Məsələn Azərbaycanda dindarlara qarşı həbs kampaniyasi aparan zaman terror törətməkdə ittiham olunan məlumatlar mediada var idi. Sonradan məlum oldu ki, onların əksəriyyəti narkotikdən, qeyri-qanuni istifadə və satış məqsədilə  istifadə etmək kimi ittihamlara məruz qaldılar. Mən rəsmi statistikalara çox ehtiyatlı yanaşmağın tərəfdarıyam.  Azərbaycan gərgin şəraitdə olan ölkədir. Burada belə təhdidlərin artması məntiqlidir. Məsələn Qusarda baş verən hadisələr terror kimi qeydə alındı. Amma bilmirik ki, orda nə baş verib.  Buna görə də şəxsən mənim rəsmi rəqəmlərə yanaşmam şübhəlidir. Bundan başqa minlərlə hərbiçi cəsusluqda ittiham olunur. Axırda məlum olur ki, bu saxta ittihamlardır",- Oruclu bildirib.

Ötən il Azərbaycanda 33.379 cinayət qeydə alınıb. Onun da 87,6 faizi açılıb. Ümumilikdə ölkə üzrə cəmi 17.155 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 1086-sı prokurorluq orqanlarında araşdırılır.

İstiqamət 6.3.3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi
mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb 

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 20:58
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Hazırda bu yollarda sıxlıq müşahidə olunur - SİYAHI
Cəmiyyət 20:38
Hazırda bu yollarda sıxlıq müşahidə olunur - SİYAHI
Ağcabədidə zəncirvari qəza olub, beş nəfər ölüb
Cəmiyyət 20:23
Ağcabədidə zəncirvari qəza olub, beş nəfər ölüb
Yazıçı Müşfiq Xanın oğlu itkin düşüb
Cəmiyyət 19:47
Yazıçı Müşfiq Xanın oğlu itkin düşüb
Ramazan ayının ilk gününün duası,imsak və iftar vaxtı
Cəmiyyət 19:16
Ramazan ayının ilk gününün duası,imsak və iftar vaxtı
Bakıya qar yağır - Faktiki hava
Cəmiyyət 18:43
Bakıya qar yağır - Faktiki hava
Nəsimi rayonunun bir hissəsində qaz kəsilib
Cəmiyyət 18:25
Nəsimi rayonunun bir hissəsində qaz kəsilib
Yasamalda yaşayış binasında yanğın olub, 2 nəfər təxliyə edilib
Cəmiyyət 18:12
Yasamalda yaşayış binasında yanğın olub, 2 nəfər təxliyə edilib
Fazil Qasımovun məhkəməsi martın 7-nə təyin edilib
Cəmiyyət 17:23
Fazil Qasımovun məhkəməsi martın 7-nə təyin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol