• $
  • €
  • ₽
  • ₺
  • £

Hüquq müdafiəçiləri İlham Əliyevə təşəkkür edib

Hüquq müdafiəçiləri İlham Əliyevə təşəkkür edib
26.02.2025 16:09

Hüquq-müdafiə Təşkilatları Monitorinq Qrupunun jurnalist Şahnaz Bəylərqizinin  dustaqlığına buraxılması ilə əlaqədar Azərbacan Prezidentinə təşəkkür məktubu ünvanlayıb. 

"Hüquq-müdafiə Təşkilatları Monitorinq Qrupunun jurnalist Şahnaz Bəylərqizinin sağlamlığı nəzərə alınaraq ev dustaqligina buraxilmasi xahişini diqqətdə saxlayıb bu gün onu ailəsinə qovusdurduguna görə Azərbaycan Prezidenti İlham Əliyev cənablarına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkürümüzü bildiririk. Biz öz fəaliyyətimizdə daima konstruktiv dialoqun tərəfdarı olmuşuq və bundan sonra da fəaliyyətmizdə əlimizdən gələni edəcəyik",  -  müraciətdə deyilir.

Fevralın 26-da Xətai Rayon Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının ev dustaqlığa buraxılması ilə bağlı vəsatətini təmin edib. 

Jurnalist fevralın 6-da Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 ay 15 gün müddətinə həbs olunmuşdu.

Bir müddət öncə hüquq müdaciəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı fevralın 11-də həbs olunan jurnalist Şahnaz Bəylərqızının işi ilə bağlı ölkə rəhbərliyinə ünvanladıqları müraciətlər çərçivəsində Daxili İşlər Nazirliyində qəbul olunublar.

Bundan əvvəl hüquq müdafiəçiləri Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək Bəylərqızının ciddi sağlamlıq problemlərini və iki azyaşlı övladının olduğunu nəzərə alaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsinə köməklik göstərilməsini xahiş ediblər.

Şahnaz Bəylərqızına qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və digər maddələri ilə ittiham irəli sürülüb.

Gülnar Nazimqızı 

 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol