Müəllim çatışmazlığından ucqar kəndlərdə 1-ci və 2-ci siniflər eyni sinifdə oxuyur

Ucqar kənd yerlərində müəllim çatızmazlığı səbəbindən birinci və ikinci sinif şagirdləri eyni sinifdə təhsil almağa məcbur olur. Bunu Milli Məclisin deputatı Arzuxan Əlizadə İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı deyib.
"Ucqar kənd yerlərində müəllim çatızmazlığı səbibəilə birinci və ikinci sinif şagirdlərinin eyni sinifdə təhsil alması 45 dəqiqəlik tədris saatının 2 hissəsə bölünməsi orta təhsil müəssisələrində təhsilə müəyyən qədər mənfi təsir göstərir. Təqaüdə çıxan müəllimlərin yenidən təhsilə cəlb olunması tövsüyə olunur", - deputat bildirib.
Arzuxan Əlizadə həmçinin təklif edir ki, ucqar bölgələrdə təqaüdə çıxan həkimlərin də işə bərpası yaxşı nəticələr verə bilər.
Gülnar Nazimqızı