Parlamentdə həbsdə olan qadın jurnalistlərin ev dustaqlığına buraxılması xahiş olunub

Hüquq müdafiəçisi Novella Cəfəroğlu hazırda həbsdə olan qadın jurnalistlərin ev dustaqlığına buraxılması ilə bağlı məsələnin deputatların diqqətdə saxlamasını xahiş edib. Bu barədə hüquq müdafiəçisi martın 3-də Milli Məclisdə İnsan Hüquqları komitəsinin bugünkü iclasında İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı deyib.
"Ombusdman hüquq müdafiəçiləri ilə çox aktiv işləyir. Nə məsələ olursa köməklik etməyə çalışırlar. Xahiş edərdim ki, hazırda həbsdə olan qadın jurnalistlərin ev dustaqlığına buraxılması məsələsini diqqətə saxlayasınız. Biz onların cəzadan azad olunmasını istəmirik. Cəzaları çəksinlər. Amma bunu ev dustaqlığı formasında çəkilmsəini xahiş edirik. Deputatların da bu məsələni diqqətdə saxlanılmasını xahiş edərdik", - Cəfəroğlu bildirib.
Deputat Bəhruz Məhərrəmov hüquq müdafiəçisinə cavab olaraq bildirib ki, hər kəs bərabərlik qarşsında eyni olmalıdır. Kiminsə jurnalist olması onu üstün etmir və hərkəs öz əməlinə görə cavab verir.
Bir müddət öncə
Bir müddət öncə hüquq müdaciəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı fevralın 11-də həbs olunan jurnalist Şahnaz Bəylərqızının işi ilə bağlı ölkə rəhbərliyinə ünvanladıqları müraciətlər çərçivəsində Daxili İşlər Nazirliyində qəbul olunublar.
Bundan əvvəl hüquq müdafiəçiləri Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək Bəylərqızının ciddi sağlamlıq problemlərini və iki azyaşlı övladının olduğunu nəzərə alaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsinə köməklik göstərilməsini xahiş ediblər.
Müraciətdən sonra jurnalist ev dustaqlığına buraxılıb.
Gülnar Nazimqızı