Konqres ABŞ və Ukraynanın tezliklə faydalı qazıntılar üzrə saziş imzalayacağını bildirib

ABŞ və Ukrayna arasında mineral ehtiyatlar üzrə saziş yaxın vaxtlarda imzalanacaq. Bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Brayan Fitspatrik deyib.
Konqresmen bildirib ki, o, Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermakla danışıb.
“ Qısa müddətdə bu faydalı qazıntı müqaviləsi imzalanacaq”, - o, X sosial şəbəkəsində yazıb.
Fitzpatrick əlavə edib ki, Avropa addım atmalı və üzərinə düşəni etməlidir.
Kiyev və Vaşinqton fevralın 28-də Zelenskinin Vaşinqtona səfəri zamanı resurs sazişi imzalamalı idi. Sənədin dərc olunmuş mətninə əsasən, tərəflər birgə idarəetmə ilə Ukraynanın bərpası üçün investisiya fondu yaratmaq niyyətində olublar. Kiyev neft, qaz və faydalı qazıntıların gələcək monetizasiyasından əldə olunan gəlirin 50%-ni verməli idi. Ölkələr həmçinin “qarşılıqlı investisiyaları qorumaq üçün addımlar müəyyən etmək” barədə razılığa gəliblər. Ən azı ildə bir dəfə, "Ukraynanın təhlükəsizliyini, qorunmasını və rifahını təşviq etmək üçün" qoyulan vəsaitlərin çəkilmiş xərclər çıxılmaqla yenidən investisiya edilməsi planlaşdırılırdı.
Gülnar

