Respondentlərin 46,2% yaşadıqları ərazidə peşə təhsil müəsisəsinin olmadığını deyir

Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğularına əsasən respondentlərin 46,2% yaşadıqları ərazidə peşə təhsil müəsisəsinin olmadığını deyir.
46,3% şəxs bu müəssisələrin əlçatan olduğunu bildirib. 7,5%-i isə fikir bildirməkdən imtina edib.
" Sorğu iştirakçılarının 25.0%-i peşə təhsilinin çox əhəmiyyətli olduğunu, 65.8%-i əsasən əhəmiyyətli olduğunu bildirib. Respondentlərin ümumilikdə 8.3%-i peşə təhsilini əhəmiyyətsiz hesab edib, 1.0%-i rəy bildirməkdə çətinlik çəkib",- məlumatda deyilir.
Eyni zamanda 62,1% respondent hesab edir ki, rayon və şəhərlərdə peşə təhsilinin fəaliyyət göstərməsinə ehtiyac var.
Azərbaycanda 2026-ci ilə kimi 28 min tələbənin peşə təhsilinə cəlb edilməsi nəzərdə tutulub.
Azərbaycanda 16 peşə məktəbinin tikilməsi planlaşdırılır.
Həmin peşə məktəblərinin 8-nin Qarabağda tikilməsi nəzərdə tutulub.
Gülnar