Nümayəndəliyin bağlanma istəyi ilə bağlı məlumatlıyıq -BQXK

Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan nümayəndəliyinin bağlanması ilə bağlı məsələdən məlumatlıdır. Bu barədə BQXK-nin Azərbaycan nümayəndəliyinin rəhbəri İlahə Hüseynova məlumat verib.
“Azərbaycan hökuməti Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyini bağlamaq niyyəti haqda bizə məlumat verib”. Hazırda hakimiyyət orqanları ilə əlaqə saxlayırıq. Bu dialoq bizim konfidensial və ikitərəfli dialoqumuzun bir hissəsidir”, - Hüseynova vurğulayıb.
Yerli mətbuatda bir neçə gün öncə BMT Bakıda fəaliyyət göstərən bir neçə təşkilatının bağlanması ilə bağlı xəbərlər yayılıb.
Rəsmi tərəflər bununla bağlı hələlik hər hansı açıqlama verməyib.
Gülnar