"28 May" metrostansiyasında qatarda nasazlıq yaranıb

"28 May" stansiyasında "Dərnəgül-Əhmədli" marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yarandığı üçün sərnişinlər düşürülüb və qatar "Nərimanov" elektrik deposuna göndərilib.Bu barədə Bakı Metropoliteninin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, həmin qatarın əvəzinə xəttə qatar verilib. İki qatar arasında yaranmış 7 dəqiqəlik interval fərqi qısa müddətdə aradan qaldırılıb.
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 