• $ 1.7
  • € 1.8053
  • ₽ 1.8942
  • ₺ 0.0466
  • £ 2.174

Mehriban Əliyeva Gəncəyə səfər edib - Yenilənib

Mehriban Əliyeva Gəncəyə səfər edib - Yenilənib
06.03.2025 21:19

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Gəncədə Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində olublar.

Kilsənin baş keşişi Varfolomey Denis Sotnikov məbədin tarixi barədə məlumat verib.

Qeyd edilib ki, Rus Pravoslav kilsəsi 1887-ci ildə inşa olunub. Məbəd həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə vəsaiti hesabına Bizans üslubunda kərpicdən tikilib.

Qırx dörd il ibadət evi kimi fəaliyyət göstərdikdən sonra 1931-ci ildə sovet hökuməti tərəfindən bağlanıb. 1935-1938-ci illərdə muzey binası olan məbəd bir müddətdən sonra kafedral anbar kimi istifadə edilib. Bina 1946-cı ildə Rus Pravoslav kilsəsinə qaytarılıb və yenidən qapılarını ibadət edənlərin üzünə açıb.

Qədim interyerindəki müxtəlif ikonalar günümüzə qədər gəlib çıxıb. Bunların arasında müqəddəs Aleksandr Nevski və müqəddəs Mariya Maqdalena adına ikonaları xüsusi qeyd etmək olar.

Kilsənin yaradılmasının 110 illiyi 1997-ci ildə qeyd olunub. Kilsə tikilməsinin 130 illiyi münasibətilə 2017-ci ildə təmir edilib.

Azərbaycandakı mövcud pravoslav kilsələri arasında ən qədimlərindən olan bu tarixi abidədə bir sıra növbəti təmir işlərinin aparılmasına ehtiyac yarandığı bildirilib.

 

***

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Gəncə şəhərindəki Şah Abbas və Hüseyniyyə məscidlərində olublar.

Məscidin imamı İsgəndər Məmmədov Birinci vitse-prezidentə Şah Abbas məscidi barədə məlumat verib.

Qeyd olunub ki, məscid 1606-cı ildə Səfəvi hökmdarı I Şah Abbasın əmri ilə memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında inşa edilib. Şah Abbas məscidi və ya Gəncə Cümə məscidi Gəncəçayın sol sahilində, Gəncənin tarixi mərkəzində yerləşir. Məscid XVII əsrə aid Arran memarlıq üslubunda ərsəyə gətirilib.

Bu tarixi məscid memarlıq kompozisiyası, planlaşdırma, konstruktiv və bədii-dekorativ xüsusiyyətlərinə görə orta əsr Azərbaycan memarlığının portal-günbəz ənənələrini yaşadır.

Binanın memarlığında, xüsusilə günbəz və portalların həllində zəngin memarlıq ənənələrindən uğurla istifadə olunub. Bununla yanaşı, Arran memarlıq məktəbi üçün xarakterik olan lakoniklik və ifadəlilik də bu tarixi-dini abidədə əks etdirilib.

2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə məsciddə bərpa və təmir işləri aparılıb. Məscidin mövcud vəziyyətinə baxış zamanı bu tarixi-dini abidənin qorunub saxlanılması istiqamətində növbəti tapşırıqlar verilib.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, qızları Leyla Əliyeva və Arzu Əliyevaya “Qurani-Kərim” hədiyyə olundu.

Hüseyniyyə məscidinin mövcud vəziyyəti ilə tanışlıq zamanı isə bildirildi ki, XIX əsrdə inşa edilən bu dini ocaq, eyni zamanda, Tatlar məscidi kimi tanınır. İbadətgah mədrəsə, sonralar isə məscid kimi fəaliyyət göstərib. Hazırda bu tarixi-dini abidədə təmir-bərpa işlərinin aparılmasına zərurət yaranıb.

Məscidə baxış zamanı burada müvafiq işlərin görülməsinə dair tapşırıqlar verilib.

 

 

***

Martın 6-da Gəncəyə səfər çərçivəsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzində olublar.

Gəncə şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov Gəncə və ətraf regionlardan olan vətəndaşlara xidmət göstərən Perinatal Mərkəz barədə məlumat verib.

Qeyd olunub ki, Perinatal Mərkəz ana olmağa hazırlaşan qadınlara, o cümlədən dünyaya yeni göz açan körpələrə yüksəkixtisaslı diaqnostik, konsultativ və müalicə yardımı göstərən tibb müəssisəsidir.

Tibb müəssisəsindəki şəraitlə tanışlıq zamanı Perinatal Mərkəzə Heydər Əliyev Fondu tərəfindən küvəzlər və ultrasəs müayinə aparatı hədiyyə olunub.

Yeni doğulmuş körpələri ziyarət zamanı analara Fondun hədiyyələri də təqdim edilib.

***

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə Heydər Əliyev Fondu tərəfindən aparılan təmir-bərpa işləri ilə tanış olublar.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov məktəbdə aparılan əsaslı təmir-bərpa işləri ilə bağlı məlumat veriblər.

Bildirilib ki, 1969-cu ildə istifadəyə verilmiş tədris müəssisəsində 700-dən çox şagirdin təhsil almaq imkanı olub. Lakin məktəb binası artıq istifadəyə yararsız olduğundan Heydər Əliyev Fondu tərəfindən 2024-cü ilin sentyabr ayından əsaslı təmir işlərinə başlanılıb. Binada təmir işlərinin bu ilin sentyabr ayında - yeni tədris ilinə qədər yekunlaşdırılması nəzərdə tutulub.

Yeni tədris ili üçün Heydər Əliyev Fondu paytaxt Bakıda və regionlarda bir sıra məktəblərin inşasını və təmir işlərini başa çatdırmağı nəzərdə tutur.

Yarandığı gündən təhsil sahəsinə xüsusi diqqətlə yanaşan, bu sahənin inkişafını fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirən Heydər Əliyev Fondu “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” kimi proqramlar həyata keçirərək, ölkəmizdə təhsilin inkişafına öz dəstəyini göstərir. Məktəblərdə təmir-tikinti işləri, mövcud şəraitin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərlə yanaşı, Heydər Əliyev Fondu tərəfindən də həyata keçirilən layihələr təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəlib.

 

***

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva martın 6-da Gəncə şəhərinə səfər ediblər.

Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Azərbaycan Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub,sonra şəhər sakinləri ilə xatirə fotoları çəkdiriblər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qaraciyərin zədələnmə riskini artıran dərmanların adları çəkilib
Cəmiyyət 21:42
Qaraciyərin zədələnmə riskini artıran dərmanların adları çəkilib
Mehriban Əliyeva Gəncəyə səfər edib - Yenilənib
Cəmiyyət 21:19
Mehriban Əliyeva Gəncəyə səfər edib - Yenilənib
Erməniəsilli şəxslərin məhkəməsində sənədlərin tədqiqi mərhələsi başlayıb
Cəmiyyət 20:33
Erməniəsilli şəxslərin məhkəməsində sənədlərin tədqiqi mərhələsi başlayıb
Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları qəzaya düşüb,ölən var
Cəmiyyət 20:30
Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları qəzaya düşüb,ölən var
“Bakcell” jurnalist xanımları 8 Mart münasibətilə təbrik edib
Cəmiyyət 19:51
“Bakcell” jurnalist xanımları 8 Mart münasibətilə təbrik edib
“IrAero” Perm-Bakı reysinin müddətini oktyabra qədər uzadıb
Cəmiyyət 19:09
“IrAero” Perm-Bakı reysinin müddətini oktyabra qədər uzadıb
Diplomu saxta olduğu deyilən türkiyəli həkim imtahanda keçid balını toplaya bilməyib
Cəmiyyət 18:45
Diplomu saxta olduğu deyilən türkiyəli həkim imtahanda keçid balını toplaya bilməyib
"28 May" metrostansiyasında qatarda nasazlıq yaranıb
Cəmiyyət 18:36
"28 May" metrostansiyasında qatarda nasazlıq yaranıb
Naxçıvan-Bakı reysləri “biletim.az” portalına əlavə edilib
Cəmiyyət 18:29
Naxçıvan-Bakı reysləri “biletim.az” portalına əlavə edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol