Əmək hüquqlarının pozulması ilə bağlı məsələlərə diqqət artırılmalıdır - Ombusdman

Əmək müqaviləsi bağlanılmadan işaxtaranları işə cəlb edilməsi probleminə diqqət artırılmalıdır. Bunu Ombusdman Səbinə Əliyeva martın 7-da Milli Məclisdə İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi zamanı çıxışı zamanı deyib.
O bildirib ki, işəgötürənlər tərəfindən müqavilə bağlamadan işə cəlb olunması problemləri var. Bu məsələyə diqqət artırılmalıdır.
Eyni zamanda Ombusdman qeyd edib ki, sahibkarlıq subyektlərinin yoxlanılmaması əmək hüquqlarının pozulması hallarının araşdırılmasında çətinliklər yaradır. Ona görə də Qanunvercilikdə bu cür halların diqqətdə saxlanılması zəruridir.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 