• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclis deputatlarının sayı artırıla bilər

Milli Məclis deputatlarının sayı artırıla bilər
17.01.2014 16:07
Azərbaycanda Milli Məclis deputatlarının sayı artırıla bilər. Milli Məclisin Hüquq siyasəti və Dövlət Quruculuğu komitəsinin üzvü Fəzail Ağamalının ANS PRESS-ə verdiyi açıqlamaya görə, hazırda bu məsələ gündəmə gəlib, ayrı-ayrı şəxslər tərəfindən aktuallaşdırılıb. Millət vəkili bildirib ki, son referendum seçkilərində mojaritar və proporsional seçki sistemlərilə yanaşı deputatların sayının artırılması təkliflə də çıxış edib. F. Ağamalı bildirib ki, deputatların sayının artırılması əhali sayının çox olması və demoqrafik vəziyyətin yüksək olması ilə əlaqədardır: “Seçicilərin sayının artmasının deputat yerlərinin sayının da artırılmasına şərait yaradır. Hələ biz bu məsələni irəli sürmüşük. Mən Parlamentdə yaxın zamanda bu məsələni irəli sürmək fikrindəyəm. Amma bu məsələ Milli Məclis rəhbərliyinin iradəsindən asılıdır”. Komitə sədri həmçinin qarışıq seçki sisteminin də tətbiqinin vacb olduğunu söylədi: “Qarışıq seçki sisteminin əhəmiyyəti ondadır ki, bu sistemin tətbiqi partiyaların yerini və rolunu gücləndirəcək. Sivil rəqabətə şərait yaradacaq. qarışıq seçki sistemi ilə parlament seçkilərini keçirsəydik, daha faydalı olardı. Bunun üçün ilk növbədə Konstitusiyaya dəyişiklik olmalıdır. Qarışıq seçki sisteminin tətbiqi və deputat yerlərinin artırılması məsələsi gündəmə gələ bilər”.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol