• $ 1.7
  • € 1.8412
  • ₽ 1.8889
  • ₺ 0.0466
  • £ 2.1943

3 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

3 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib
11.03.2025 12:57

Beynəlxalq axtarışa verilmiş  3 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında»" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Abdullayev İframin Elbrus oğlu, Yusufov Emin Boris oğlu və Mehdiyev Natiq İsgəndər oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu restoranda vaxtı keçmiş məhsullar aşkarlanıb
Cəmiyyət 23:07
Bu restoranda vaxtı keçmiş məhsullar aşkarlanıb
Sertifikasiya imtahanında bu müəllimlər iştirak edə bilməyəcək
Cəmiyyət 22:25
Sertifikasiya imtahanında bu müəllimlər iştirak edə bilməyəcək
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
Cəmiyyət 22:08
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
Leyla və Arzu Əliyevalar İsmayıllıda
Cəmiyyət 20:35
Leyla və Arzu Əliyevalar İsmayıllıda
Ramazanın 12-ci gününün duası,imsak və iftar vaxtı
Cəmiyyət 20:29
Ramazanın 12-ci gününün duası,imsak və iftar vaxtı
Erməniəsilli şəxslər Vardanyanın məhkəməsində ifadə veriblər
Cəmiyyət 20:05
Erməniəsilli şəxslər Vardanyanın məhkəməsində ifadə veriblər
Azərbaycan vətəndaşlarının böyrəyini satan ukraynalı qadın Polşada həbs edilib
Cəmiyyət 19:58
Azərbaycan vətəndaşlarının böyrəyini satan ukraynalı qadın Polşada həbs edilib
ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
Cəmiyyət 18:51
ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
Qarayazı qoruğundakı yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 18:04
Qarayazı qoruğundakı yanğın söndürülüb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol