Sertifikasiya imtahanında bu müəllimlər iştirak edə bilməyəcək

Hamilələr, üç yaşa qədər uşağı olduğu üçün sosial məzuniyyətdən qayıtdıqdan sonra bir illik pedaqoji fəaliyyətini tamamlamış müəllimlər, müddətli əsaslarla işləyənlər, çalışma yaş həddinə çatmış müəllimlər və indiyə qədər üç dəfə sertifikasiyadan keçmiş müəllimlər növbəti sertifikasiya imtahanlarında iştirak edə bilməzlər.Bunu Təhsil Institutunun şöbə müdiri Muxtar Hacıyev deyib.
O qeyd edib ki, 60 yaşdan yuxarı müəllimlər üçün sertifikasiyadan imtahan könüllüdür.
"Üç illik pedaqoji fəaliyyətini tamamlamış və çalışma yaş həddinə çatmamış bütün müəllimlər sertifikasiya imtahanından keçəcəklər", - o bildirib.
Növbəti sertifikasiya imtahanları kimya, biologiya, coğrafiya, fizika və informatika müəllimlərini əhatə edəcək.
Son xəbərlər
Daha çox 