• $ 1.7
  • € 1.8412
  • ₽ 1.8889
  • ₺ 0.0466
  • £ 2.1943

131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq

131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
11.03.2025 22:08

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

Komissiyanın sədri, maliyyə naziri Sahil Babayev Fərmanın icrası olaraq bugünədək dövlət vəsaiti hesabına Azərbaycan Ordusunun 20 il və daha çox qüsursuz xidmət etmiş 4167 nəfər hərbi qulluqçusunun mənzillərlə təmin olunduğunu, bundan sonra da hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi prosesinin davam etdiriləcəyini bildirib.

Komissiyanın iclasında 2024-cü ilin sonunda dövlət vəsaiti hesabına Bakı və Sumqayıt şəhərlərində alınmış tam təmirli mənzillərdən bölüşdürülməmiş qalan 131 mənzilin bölgüsü aparılıb. Belə ki, Müdafiə Nazirliyi tərəfindən növbəsi çatmış hərbi qulluqçular arasında püşkatma yolu ilə müəyyən edilən bölgü Komissiyanın müvafiq qərarı ilə təsdiq olunub.

Qeyd olunub ki, Komissiya tərəfindən Müdafiə Nazirliyinin təqdim etdiyi siyahılar əsasında mənzil növbəsinə mütəmadi baxılır və vaxtaşırı mənzil almaq hüququ qazanan hərbi qulluqçular mənzil növbəsinə əlavə edilir.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Daxili Qoşunlarının yaradılmasından 33 il ötür
Cəmiyyət 09:44
Azərbaycan Daxili Qoşunlarının yaradılmasından 33 il ötür
Bu rayonun qazı kəsiləcək
Cəmiyyət 09:37
Bu rayonun qazı kəsiləcək
Bəzi yollarda tıxac var
Cəmiyyət 08:43
Bəzi yollarda tıxac var
Bu restoranda vaxtı keçmiş məhsullar aşkarlanıb
Cəmiyyət 23:07
Bu restoranda vaxtı keçmiş məhsullar aşkarlanıb
Sertifikasiya imtahanında bu müəllimlər iştirak edə bilməyəcək
Cəmiyyət 22:25
Sertifikasiya imtahanında bu müəllimlər iştirak edə bilməyəcək
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
Cəmiyyət 22:08
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
Leyla və Arzu Əliyevalar İsmayıllıda
Cəmiyyət 20:35
Leyla və Arzu Əliyevalar İsmayıllıda
Ramazanın 12-ci gününün duası,imsak və iftar vaxtı
Cəmiyyət 20:29
Ramazanın 12-ci gününün duası,imsak və iftar vaxtı
Erməniəsilli şəxslər Vardanyanın məhkəməsində ifadə veriblər
Cəmiyyət 20:05
Erməniəsilli şəxslər Vardanyanın məhkəməsində ifadə veriblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol