Qərb ölkələri ailə modelini Azərbaycandan öyrənməlidir - Deputat

Qərb ölkələri ailə modelini Azərbaycandan öyrənməlidir. Bunu Milli Məclisin deputatı Hicran Hüseynova deyib.
"Biz qərb ölkələrinə baxmırıq.Onlardan nə öyrənməliyik? Onlar bizdən öyrənməlidir ki, ailə mühitini necə qorumaq lazımdır. Vaxtilə ən tanınmış 5 ailə modeli sırasında Azərbaycanın adı olub. Bu kitab ingilis dilində çap olunub. Biz orda göstərmişdik ki, 50-60 il bir yerdə yaşayan ailələr var. Bizim qanunvericilik xarici mütəxəssislər tərəfindən də çox bəyənilir. Əsas məqsədimiz onu icra etməkdir. İcra mexanizmi güclənsə böyük nəticələr olar. Bütövlükdə cəmiyyət işləməlidir. Qonşuda bir ailədə problem olanda sən onu görmürsənsə deməli nöqsana yol verirsən. Hər bir vətəndaş ictimai qınağı gücləndirsə bizim qanuna hörmətlə yanaşsa bizim qanundan yaxşısı yoxdur", - deputat martın 12-də ictimai dinləmə zamanı deyib.
Gülnar
Son xəbərlər
Daha çox 