Kürdəmirdə kişi qatarın altında qalaraq ölüb

Bu gün saat 19:00 radələrində Kürdəmir rayonu Qarabucaq kəndi yaxınlığında qəflətən bir nəfər kişi Bakı-Ağstafa istiqamətində hərəkət edən sürətli sərnişin qatarının qarşısına çıxıb.Bu barədə Azərbaycan Dəmir Yolları məlumat yayıb.
Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub, həmin şəxs aldığı xəsarətdən dünyasını dəyişib.
ADY mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir və bir daha insanlara çağırış edərək onları dəmiryol xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır.
Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır.
Son xəbərlər
Daha çox 