• $ 1.7
  • € 1.8526
  • ₽ 1.9891
  • ₺ 0.0465
  • £ 2.1968

Neft Emalı Zavodundakı yanğınla bağlı cinayət işi başlayıb - DTX

Neft Emalı Zavodundakı yanğınla bağlı cinayət işi başlayıb - DTX
13.03.2025 16:22

Neft Emalı Zavodunda baş vermiş yanğın hadisəsi ilə bağlı DTX-də cinayət işi başlanılıb. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.

5 mart 2025-ci ildə Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşən SOCAR Neft Emalı Zavodunda baş vermiş yanğın hadisəsi ilə bağlı aidiyyəti dövlət orqanları ilə birgə kompleks tədbirlər həyata keçirilib. 

İlkin araşdırmalar zamanı müəyyən edilmişdir ki, SOCAR Neft Emalı Zavodunun 2 nömrəli istehsalat sahəsinin 21 nömrəli ilkin emal qurğusunun N-21/1 saylı nasos sisteminin iş planına uyğun təmirə hazırlanması prosesində müvafiq təhlükəsizlik qaydalarına əməl edilməyib.

 Belə ki, növbə qəbulu zamanı nasosda mazut axınının davam etməsi barədə birbaşa xəbərdaredici yazılı məlumat verilməsinə baxmayaraq, 4-5 mart 2025-ci il tarixlərində olan növbə heyəti qurğunu təmirə tam hazır vəziyyətə gətirmədən və borunun ağır dizel fraksiyası ilə təmizlənərək boş olmasını təmin etmədən təmir-bərpa qrupuna təhvil verib.

Nəticədə nasos avadanlığı ümumi qurğudan təmir məqsədilə ayrılarkən tezalışan mazut kütləsinin borudan təzyiq altında sızaraq, alovlanıb geniş ərazini əhatə edən yanğın yaratması insanların həyat və sağlamlığına ciddi təhlükə doğurmuş, ilkin emal qurğusunun istismardan çıxarılmasına, ətrafda olan konstruksiyaların yanmasına və əlaqəli digər texniki qurğuların sıradan çıxmasına, habelə yanacaq materiallarının istehsalı prosesində fasilələr yaranmasına və maddi ziyan vurulmasına səbəb olub.

Bundan başqa, 8 mart 2025-ci il tarixində yanğının nəticələrinin aradan qaldırılması və qurğunun təmirə hazırlanması prosesi çərçivəsində eyni növbə heyəti tərəfindən həmin ilkin emal qurğusunun borularında və qurğuda olan dizel məhsulunun boşaldılması zamanı təhlükəsizlik qaydaları pozulmuş, ərazidə qaynaq işləri aparılmasına baxmayaraq, dizel məhsulu emal qurğusunun yerləşdiyi torpaq sahəsinə axıdılmış, bununla da təkrar yanğın təhlükəsi yaranmış, müəssisədə iş prosesi pozulmuş və maddi ziyan vurulub.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə növbə heyəti rəhbəri, baş operator Qarayev Sadiq Hümbət oğlu saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarının pozulması) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Fərqlənmə nişanları yalnız onlayn qaydada veriləcək
Cəmiyyət 18:45
Fərqlənmə nişanları yalnız onlayn qaydada veriləcək
Vardanyan aclıq aksiyasını dayandırıb
Cəmiyyət 18:25
Vardanyan aclıq aksiyasını dayandırıb
Fazil Qasımov və Anar Əliyevə hökm oxunub
Cəmiyyət 18:19
Fazil Qasımov və Anar Əliyevə hökm oxunub
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 18:05
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəbrayılda növbəti əmək yarmarkası keçirilib
Cəmiyyət 17:27
Cəbrayılda növbəti əmək yarmarkası keçirilib
Taksidə əlavə ödəniş tələbi qadağan edilib
Cəmiyyət 17:16
Taksidə əlavə ödəniş tələbi qadağan edilib
Baş nazirdən yeni Qərar
Cəmiyyət 16:31
Baş nazirdən yeni Qərar
Neft Emalı Zavodundakı yanğınla bağlı cinayət işi başlayıb - DTX
Cəmiyyət 16:22
Neft Emalı Zavodundakı yanğınla bağlı cinayət işi başlayıb - DTX
“Sun ilə hədiyyələr sənin olsun” lotereyasının qalibləri məlum olub
Cəmiyyət 16:11
“Sun ilə hədiyyələr sənin olsun” lotereyasının qalibləri məlum olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol