• $ 1.7
  • € 1.8526
  • ₽ 1.9891
  • ₺ 0.0465
  • £ 2.1968

"Fish home" restoranında ciddi nöqsanlar aşkarlanıb

"Fish home" restoranında ciddi nöqsanlar aşkarlanıb
13.03.2025 19:30

Binəqədi rayonu, Nizami Nərimanov küçəsi 15F ünvanında fəaliyyət göstərən fiziki şəxs Sayılov Məqsud Əzizağa oğluna məxsus “Fish home” restoranında AQTA əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb. 

Qurumdan verilən məlumata görə, iaşə müəssisəsində mənşə sənədləri olmayan qida məhsulları (yağ, balıq və ət məhsulları) aşkarlanıb. Həmçinin qida məhsullarının hazırlanması zamanı çarpaz çirklənmə riskinin yarandığı, qida məhsullarının döşəmə və divardan ara məsafəsi gözlənilmədən saxlandığı, mətbəx sahəsində yerləşdirilmiş soyuducunun rəflərinin korroziyaya uğradığı, mal qonşuluğu və texnoloji ardıcıllıq prinsipinin pozulduğu, işçilər üçün soyunub-geyinmə sahəsinin təşkil edilmədiyi və gigiyenik təlimlərə cəlb edilmədiyi məlum olub. 

Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və qida obyektində xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı tədbir görülüb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib
Cəmiyyət 21:33
Çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib
Ağstafada 8 nəfər dönərdən zəhərlənib
Cəmiyyət 21:28
Ağstafada 8 nəfər dönərdən zəhərlənib
Ramazanın 14-cü gününün duası,imsak və iftar vaxtı
Cəmiyyət 21:11
Ramazanın 14-cü gününün duası,imsak və iftar vaxtı
Qanunsuz kömür istehsal edən şəxslər cərimələnib
Cəmiyyət 20:38
Qanunsuz kömür istehsal edən şəxslər cərimələnib
"Fish home" restoranında ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 19:30
"Fish home" restoranında ciddi nöqsanlar aşkarlanıb
Fərqlənmə nişanları yalnız onlayn qaydada veriləcək
Cəmiyyət 18:45
Fərqlənmə nişanları yalnız onlayn qaydada veriləcək
Vardanyan aclıq aksiyasını dayandırıb
Cəmiyyət 18:25
Vardanyan aclıq aksiyasını dayandırıb
Fazil Qasımov və Anar Əliyevə hökm oxunub
Cəmiyyət 18:19
Fazil Qasımov və Anar Əliyevə hökm oxunub
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 18:05
Sabah bu ərazilərdə qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol