Şəmkirdə iki nəfər qidadan zəhərlənib

Şəmkirdə zəhərlənmə hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun İrmaşlı kəndində baş verib.
Kənd sakinləri, 1968-ci il təvəllüdlü Məmmədzadə Arzuman Hidayət oğlu və 1982-ci il təvəllüdlü Bayramova Mayisə Cabir qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin normal olduğu bildirilir.
Məlumata görə, hər iki şəxs yaşadıqları ünvanda qəbul etdikləri qidadan (pomidor turşusu olduğu ehtimal olunur) zəhərləniblər.
Son xəbərlər
Daha çox 