• $ 1.7
  • € 1.8431
  • ₽ 1.9726
  • ₺ 0.0463
  • £ 2.2001

Qabil Məmmədov Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb

Qabil Məmmədov Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb
16.03.2025 12:22

Azərbaycan Respublikası Baş Prokurorluğu qanunvericiliyə uyğun olaraq rəsmi məlumat təqdim edib.

Məlumata görə, təqsirləndirilən şəxs Qabil Əmrah oğlu Məmmədov barəsində Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 467-13.4 maddəsinin tələbinə əsasən rəsmi xəbərdarlıq olunub.

Bildirilib ki, Qabil Məmmədov şəxsiyyət vəsiqəsi ilə birlikdə 17 aprel 2025-ci il tarixində saat 10:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlı sahəsi, 3105-ci məhəllə ünvanında Baş Prokurorluğun İstintaq İdarəsinin İnzibati binasına gəlməlidir.

Cinayət Məcəlləsinin 24 maddəsi ilə ittiham olunan Qabil Məmmədov, 2015-2017-ci illər ərzində ayrı-ayrı şəxsləri dövlət orqanlarında işə düzəltmək və onlara pensiya və sosial müavinət veriləcəyi adı ilə 10 nəfəri aldadıb. Həmin şəxslərdən 29 597 manat pul alıb. O, eyni zamanda sosial media hesablarından açıq terrorçuluğa çağırışlar edib.

Daha öncə Qabil Məmmədov barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib və axtarışa verilib. 

Daha ətraflı İctimai TV-nin videomaterialında:

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
DYP-dən sürücülərə xəbərdarlıq
Cəmiyyət 15:27
DYP-dən sürücülərə xəbərdarlıq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 14:30
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Dumanla əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 13:53
Dumanla əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq
Qəbələdə icra nümayəndiliyinin binası yanıb
Cəmiyyət 13:46
Qəbələdə icra nümayəndiliyinin binası yanıb
Sabah Bakıda 28 dərəcə isti olacaq
Cəmiyyət 13:42
Sabah Bakıda 28 dərəcə isti olacaq
Qabil Məmmədov Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb
Cəmiyyət 12:22
Qabil Məmmədov Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb
DYP sürücülərə müraciət edib
Cəmiyyət 12:21
DYP sürücülərə müraciət edib
Bakıda sexdə yanğın olub - Video
Cəmiyyət 10:00
Bakıda sexdə yanğın olub - Video
DİM bu gün sınaq imtahanı keçirəcək
Cəmiyyət 09:20
DİM bu gün sınaq imtahanı keçirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol