• $ 1.7
  • € 1.8431
  • ₽ 1.9726
  • ₺ 0.0463
  • £ 2.2001

Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb
17.03.2025 14:32

Azad olunan ərazilərdə martın 10-dan 16-dək 155 piyada əleyhinə mina, 49 tank əleyhinə mina, 606 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) həftəlik icmalında bildirib.

Məlumata əsasən, 1651,1 hektar ərazi minalardan təmizlənib.

2025-ci ildə Qarabağda 65 min hektar ərazinin minadan təmizlənməsi nəzərdə tutulur. Bu barədə baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatını təqdim edərkən deyib. 

Ötən il işğaldan azad edilmiş ərazilərdə 62 min hektar minadan təmizlənib. 

Son 4 ildə işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 175 017 mina zərərsizləşdirilib. Ümumilikdə 34 996 ədədi piyada əlehinə mina, 21 022 ədədi tank əlehinə mina, 118 999 ədədi partlamamış hərbi sursat olmaqla ümumilikdə 175 017 mina zərərsizləşdirilib. Müharibədən sonrakı dövrdə 176 237 hektar ərazi minadan təmizlənib. 
 
Dünyada mina qurbanlarının 84%-i mülki şəxslərdir. Onların da 37%-ni uşaqlar təşkil edir. Ümumilikdə isə mina qurbanlarının 81%-ni kişilər və oğlan uşaqları təşkil edir. 
 
Azərbaycanda da mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur. Onların 359 nəfərini uşaqlar təşkil edir. 38 nəfəri qadınlardır. 
 
Təkcə İkinci Qarabağ Müharibəsindən sonra mina qurbanlarının sayı 382 nəfər təşkil edib. Onların 55 nəfəri həlak olub. Minaya düşənlərin 143 nəfəri isə mülki şəxslərdir. 
 
Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
Polislərin maaşı artırılıb - Rəsmi
Cəmiyyət 17:36
Polislərin maaşı artırılıb - Rəsmi
Azercell-dən Novruz Bayramına xüsusi təklif!
Cəmiyyət 17:12
Azercell-dən Novruz Bayramına xüsusi təklif!
35 ildən sonra novruz Xocalı və Xankəndində qeyd ediləcək - Fotolar
Cəmiyyət 16:38
35 ildən sonra novruz Xocalı və Xankəndində qeyd ediləcək - Fotolar
Ölkədə muzdla çalışanların sayı açıqlanıb
Cəmiyyət 16:27
Ölkədə muzdla çalışanların sayı açıqlanıb
Məzuniyyətdə olan direktor müavininin işdən qovulduğu iddia edilir - Bizə "eşşək" deyir/Şikayət
Cəmiyyət 15:52
Məzuniyyətdə olan direktor müavininin işdən qovulduğu iddia edilir - Bizə "eşşək" deyir/Şikayət
Bakı aeroportu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
Cəmiyyət 15:46
Bakı aeroportu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
Jurnalistin səhhəti ilə bağlı Prezident və xanımına müraciət edilib
Cəmiyyət 15:34
Jurnalistin səhhəti ilə bağlı Prezident və xanımına müraciət edilib
İki ayda metrodan istifadə edənlərin sayı açıqlanıb
Cəmiyyət 15:18
İki ayda metrodan istifadə edənlərin sayı açıqlanıb
Əhalinin sayı açıqlanıb
Cəmiyyət 15:05
Əhalinin sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol